İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu audit xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Gündəm24.az Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Azəruçot" MMC-dir.
Qalib şirkətə 1 590 manat ödəniləcək.İqtisadi Elmi Tədqiqat İnstitutu Prezident İlham Əliyevin 26 iyun 2021-ci il tarixli "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərmanına dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında yaradılıb.
Oxunub: 26