NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi Moskva üçün qəbulolunmazdır və həmin qüvvələr qanuni hədəf sayılacaq.Gündəm24.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (EEF-2025) deyib.
“Ukraynadakı mümkün hərbi kontingentlərə gəlincə, bu, əsas səbəblərdən biridir, Ukraynanın NATO-ya cəlb edilməsi. Ona görə də bəzi qoşunlar orada, xüsusən də hazırda gedən hərbi əməliyyatlar zamanı peyda olarsa, biz bunu onların məhv edilməsi üçün qanuni hədəf kimi qəbul edəcəyik”, – deyə Rusiya lideri vurğulayıb.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 56