Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.
gundemtv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub.
1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.
Fotoda: Hüseyn Hüseynov
H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki övladı var.
Qeyd edək ki, L. Abdullayeva 2022-ci ildən Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiridir.
Oxunub: 204