İranın xarici işlər naziri Abbas Araqçi 63 yaşında ata olduğunu açıqlayıb.
Gündəm24.az "Snn.ir"ə istinadən xəbər verir ki, o, bu barədə yerli mediaya müsahibəsində məlumat verib.
Yeni doğulan qız övladının adı ilə bağlı suala cavab verməkdən boyun qaçıran Əraqçı bildirib: “Qızımın adının o qədər də əhəmiyyəti yoxdur, önəmli olan odur ki, o, İran övladıdır və Həzrət Zəhranın nəslindəndir”.
Qeyd edək ki, körpə XİN başçısının ikinci həyat yoldaşı Arzu Əhmədvənddən dünyaya gəlib.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 26