Gürcüstanın baş naziri Kaxa KobaXidze Avropa İttifaqını Tbilisi ilə açıq dialoqa dəvət edib.
gundemtv.az xəbər verir ki, onun sözlərinə görə, Brüsselin danışıqlardan yayınması arqumentlərinin olmamasını göstərir.
Baş nazir jurnalistlərə deyib: “Bir daha deyirik, gəlin oturaq və danışaq. Normal müzakirəyə nə mane olur? Əslində, heç nə. Onların masa arxasına əyləşməkdən imtina etməsi isə onların arqumentlərinin olmamasını göstərir.”
Kobaxidze Brüsselin mövqeyini şantaj adlandırıb: “Onlar bizdən qanunvericilikdən həm eyni cinsli nikah və tərəfdaşlıq qadağalarını, həm də cinsiyyət dəyişdirmə ilə bağlı məhdudiyyətləri çıxarmağı tələb edirlər. Mən söz verirəm ki, Gürcüstanda heç kim vətəndaş reyestrinə gedib cinsini dəyişə bilməyəcək. Bu, Avropanın tələblərindən biridir və açıq şəkildə absurd bir mövqedir.”
Əli Səfərli,
gundemtv.az
Oxunub: 42