Ukraynada fəaliyyət göstərən hərbi-texnoloji şirkət yeni ballistik raketlərin və hava hücumundan müdafiə sistemlərinin hazırlanmasına başlayıb.
FP-7 – orta mənzilli raketdir. Onun uçuş məsafəsi 200 km, sürəti 1500 m/s, döyüş başlığı 150 kq, dəqiqliyi isə təxminən 14 metr olaraq göstərilir.
Gündem24.az xəbər verir ki, FP-9 – uzaqmənzilli raketdir. Onun uçuş məsafəsi 855 km, sürəti 2200 m/s, döyüş başlığı 800 kq, yüksəklik limiti isə 70 km-ə qədərdir.
Şirkət bundan əvvəl “Flamingo” adlı qanadlı raketi də hazırlamışdı. Yeni ballistik silah layihələri Ukraynanın müdafiə sənayesində əhəmiyyətli mərhələ hesab olunur.
Əli Səfərli,
gundemtv.az
Oxunub: 24