Ötən gecə Ukraynaya raket zərbəsi endirərkən Rusiyanın “Tu-160” strateji bombardmançı təyyarəsi texniki nasazlıqla üzləşib.
Gündəm24.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumatda bildirilir ki, buraxılış mexanizminin sıradan çıxması səbəbindən təyyarə raketləri ata bilməyib.
Məlumata əsasən, daha bir “Tu-160” bombardmançısını ildırım vurub. Hadisə nəticəsində pilot kabinəsinin şüşələri zədələnib, buna görə də təyyarə döyüş tapşırığını yarımçıq qoyaraq aerodroma qayıdıb.
Bundan əlavə, döyüş tapşırığında iştirak etməli olan təyyarələrdən biri Engels aerodromundan havaya qalxa bilməyib. Onun starta çıxmamasının səbəbləri açıqlanmır.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 51