Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnamın Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.
Gündəm24.az xəbər verirki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət edilib, əklil qoyulub.
Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb.
Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.
Oxunub: 29