ABŞ ilk dəfə strateji orta mənzilli atəş sistemi "Typhon" (SMRF)-u Yaponiyada keçiriləcək "Resolute Dragon 25" təlimləri zamanı (11–25 sentyabr) yerləşdirəcək.
Gündəm 24.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Sakit okean regionundakı qüvvələri məlumat yayıb.
"Typhon" sisteminin Yapon adalarında yerləşdirilməsi ABŞ-a imkan verəcək ki, quru bazalı "Tomahawk" (TLAM) qanadlı raketləri (uçuş məsafəsi 1,000 mildən çox) və "SM-6" raketləri (uçuş məsafəsi 300 milədək) vasitəsilə Çin, Şimali Koreya və Rusiyada hədəfləri vurmaq potensialını təmin etsin.
Bu addım həm Çin Müdafiə Nazirliyi, həm də Rusiya tərəfindən etirazla qarşılanıb. Hər iki ölkə Yaponiyanı İkinci Dünya müharibəsindən sonra üzərinə götürdüyü “sülhün qorunması öhdəliklərinə” əməl etməyə çağırıb.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 168