• Haqqımızda
  • Peşə etikası
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Son dəqiqə
    • Hadisə
    • Dünya
    • Analitika
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Rusiya qonşularına münasibətdə hələ də eyni imperialist zehniyyətlə davranır – Açıqlama

Siyasət / Son dəqiqə

2-09-2025, 23:32



Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına müsahibəsində dediyi "Rusiya 1920-ci ildə Azərbaycanı işğal edib" açıqlaması şimal qonşumuzu dəli-divanə edib. Rusiyanın başıpozuq, debil, xəstə "patriot"larının isterik bağırtıları yenə efirləri bürüyüb. Ölkə başçısının reallığı dilə gətirməsi təbii ki, şimal qonşumuzun heç də xoşuna gəlməyib. Dövlət başçısının bu cür açıqlaması Rusiyada birmənalı qarşılanmayıb və Solovyov kimilərinin özündən çıxmasına səbəb olub. Maraqlıdır, bu cür həqiqətlərin fonunda Rusiya niyə öz ədalətsiz mövqeyindən əl çəkmir?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibənin təsadüfi bir açıqlama deyil, həm indiki reallığın xülasəsi, həm də gələcəyə hesablanmış dolğun yol xəritəsi olduğunu qeyd edib:

“Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təsadüfi bir açıqlama deyil, həm indiki reallığın xülasəsi, həm də gələcəyə hesablanmış dolğun yol xəritəsidir. Dövlət başçısı orada həm Azərbaycanın mövqeyini, həm də beynəlxalq ictimaiyyət üçün açıq və aydın olan tarixi həqiqətləri ifadə edib.

Əslində İlham Əliyev Rusiyaya qarşı kəskin ritorikadan istifadə etməyib. Əksinə, kifayət qədər yumşaq bir dildə, amma danılmaz tarixi faktı xatırladıb: 1920-ci ilin 27 aprelində Azərbaycan Demokratik Respublikası XI Qırmızı Ordu tərəfindən işğal olundu və müstəqil dövlətimiz süquta uğradı.

Bu, bizim tərəfimizdən uydurulmuş bir tezis deyil. Bunu Rusiya tarixçilərinin özləri də etiraf ediblər. Hətta Jirinovski kimi ultrarasist siyasətçi də ölümündən əvvəl yayılan çıxışlarında açıq şəkildə deyirdi ki, SSRİ süngülərlə, qanla və işğalla qurulub. O, açıq şəkildə Azərbaycanın, Ermənistanın və digər Qafqaz respublikalarının adını çəkərək həmin ölkələrin Sovet qoşunları tərəfindən zorla işğal edildiyini etiraf edib.

Bəs nə üçün Jirinovski deyəndə Moskva sakit qalır, amma Azərbaycan Prezidenti İlham Əliyev eyni tarixi faktı səsləndirəndə Kreml qəzəb və isterika içində çırpınır? Cavab çox sadədir: çünki Rusiya informasiya müharibəsində zəif və arqumentsiz vəziyyətdədir. Bu gün Moskvanın yeganə silahı – Solovyov, Simonyan, Kabanov, Mardan kimi sifarişli təbliğatçıların isterik bağırtılarıdır.”

R.Arifoğlu həmçinin bildirib ki, Rusiyanın bu gün hələ də bu tarixi faktı eşitməkdən isterikaya düşməsi yalnız bir şeyi sübut edir: "Moskva dünənin işğalçı reallığı ilə barışmaq istəmir və bu gün də qonşularına münasibətdə eyni imperialist zehniyyətlə davranır. Tarixi həqiqətləri xatırlatmaq bizim milli borcumuzdur. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika idi. 23 ay yaşadı və beynəlxalq səviyyədə tanındı. Amma 1920-ci ilin aprelində Moskvanın göndərdiyi XI Qırmızı Ordu Bakını işğal etdi. Hökumət üzvləri repressiyalara məruz qaldı, minlərlə insan güllələndi, minlərlə ailə sürgün olundu. Azərbaycanın siyasi müstəqilliyi məhz Sovet imperiyası tərəfindən məhv edildi.

Bu faktı danmaq mümkün deyil. Rusiyanın arxivləri də, öz tarixçiləri də bunu təsdiqləyir. Bugünkü Moskvanın bu məsələni ideoloji kampaniyaya çevirməsi isə yalnız onun zəifliyinin göstəricisidir. Çünki işğal faktı Azərbaycan dərsliklərində, universitetlərində, tarix kitablarında açıq şəkildə göstərilib və bu, nəinki bizim, həm də dünya tarixşünaslığında qəbul olunmuş bir həqiqətdir.

Ona görə də, əgər Rusiya bu gün hələ də bu tarixi faktı eşitməkdən isterikaya düşürsə, bu, yalnız bir şeyi sübut edir: Moskva dünənin işğalçı reallığı ilə barışmaq istəmir və bu gün də qonşularına münasibətdə eyni imperialist zehniyyətlə davranır".

"Azərbaycan xalqı isə bir daha bəyan edir: biz tarixi unutmuruq, işğalı heç vaxt yaddaşımızdan silmirik. 1920-ci ildə müstəqilliyimiz zorla əlimizdən alınsa da, 1991-ci ildə biz öz istiqlaliyyətimizi bərpa etdik və bu dəfə heç kimə onu tapdalamağa imkan verməyəcəyik” – deyə o əlavə edib.

Oxunub: 424
Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət / Son dəqiqə

31-08-2025, 11:00

“Kinder-sürpriz”dən Kremlin anti-Azərbaycan planlarına – Tofiq Zülfüqarovdan SENSASİON xatirələr

Manşet / Siyasət

27-08-2025, 10:11

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: Ölkə başçısından mühüm mesajlar(CANLI)

Manşet

26-08-2025, 10:03

Rusiyanın “Turan sancısı” - Moskvadan şok etiraf

Manşet

22-08-2025, 12:30

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Manşet / Siyasət

18-08-2025, 13:30

Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”

Araşdırma
Milyarder Fərhad Əhmədova ŞOK: 5 milyonluq borca görə 100 milyonluq əmlakı əlindən alınır!
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI
Kriminal
16-01-2026, 11:00
Tovuzda iki gənc narkotikə görə saxlanıldı
10-01-2026, 14:00
Ötən gün Azərbaycanda 72 nəfər saxlanılıb – Səbəb
27-12-2025, 12:00
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi
25-12-2025, 15:30
Mnatsakanyan son söz çıxışını yekunlaşdırdı
23-12-2025, 15:30
10 yaşlı Nərminin qətli: İlkinlə bağlı qərar verildi
4-12-2025, 23:13
Xankəndidə təxribat planlaşdıran Karenin məhkəməsinin vaxtı…
Son xəbərlər
  • Bugün, 22:30
    Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu – Prezident
  • Bugün, 21:30
    “Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir” – Prezident
  • Bugün, 00:30
    20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və həmrəylik simvolu, unudulmaz milli yaddaşımız
  • Dün, 13:30
    Prezident və xanımı İsveçrəyə getdi
  • Dün, 12:00
    Bakıya bu tarixdə qar yağacaq: 3 dərəcə şaxta… – Xəbərdarlıq
  • Dün, 10:30
    Sabah bu küçələr bağlanacaq – Siyahı
  • Dün, 08:30
    Şuşaya güclü qar yağdı
  • Dün, 07:00
    Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
  • 17-01-2026, 21:00
    Xaçatryan və üç erməni məhbus buna görə qaytarılıb – Saakyan
  • 17-01-2026, 14:00
    Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
  • 17-01-2026, 13:30
    Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur
  • 17-01-2026, 12:30
    Minimum əməkhaqqı anlayışı dəyişdirildi – Qanun
  • 17-01-2026, 12:00
    Növbəti iki gündə külək güclənəcək – Xəbərdarlıq
  • 16-01-2026, 12:30
    Bu şəxslər metroda əlavə pul ödəyəcək
  • 16-01-2026, 11:30
    İcra nümayəndəsi Hacıbala Abutalıbovun rayona köçdüyünü TƏSDİQLƏDİ
  • 16-01-2026, 11:00
    Tovuzda iki gənc narkotikə görə saxlanıldı
  • 16-01-2026, 09:30
    Gecə hücumu: Ryazanda PUA zərbəsi iki nəfəri yaraladı
  • 15-01-2026, 17:30
    Prezident təsdiqlədi: Sayt və sosial şəbəkədə…
  • 15-01-2026, 16:00
    Prezident bir sıra sənədləri imzaladı
  • 15-01-2026, 11:00
    İran XİN-dən sərt diplomatik mövqe: Müharibə yox, danışıqlar
  • 15-01-2026, 09:00
    Aİ Azərbaycanın Xaçatryanı təhvil verməsini alqışladı
  • 15-01-2026, 09:00
    Ötən il Azərbaycanda 917 nəfər adını dəyişib
  • 15-01-2026, 08:30
    Bakıda 25 yaşlı oğlan faciəvi şəkildə öldü
  • 14-01-2026, 12:30
    Tramp Qrenlandiyanın baş nazirini hədələdi: “Böyük problem gözləyin”
  • 14-01-2026, 12:00
    Yaxın Şərqdən ortaq mesaj: ABŞ İranla müharibəyə girməsin
  • 14-01-2026, 11:30
    Bakıda 64 yaşlı qadın faciəvi şəkildə öldü
  • 14-01-2026, 10:00
    Tovuzda ağır qəza: xəsarət alanlar var
  • 13-01-2026, 12:30
    Vaşinqtonun gizli ssenarisi – İran hədəfləri necə vurulacaq?
  • 13-01-2026, 11:30
    Qubernator açıqladı: Ukrayna dronu Rostov vilayətini vurdu
  • 13-01-2026, 11:00
    Bakıda mühüm iclas keçirilir
  • 13-01-2026, 10:00
    Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət
  • 12-01-2026, 23:30
    “Predator” layihəsi — Rusiya yüksək hündürlüklərdə döyüş PUA-sı qurur
  • 12-01-2026, 19:00
    Hava kəskin soyuyur: Temperatur 10 dərəcə enəcək – Qar yağacaq
  • 12-01-2026, 17:30
    Prezidentdən Bakı sakinlərinə ŞAD XƏBƏR
  • 12-01-2026, 15:30
    Can Yaman sərbəst qalıb — sosial mediada ilk mesajını yayımladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Peşə etikası
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundem24.az@gmail.com
  • Telefon: (+99455) 384 61 39
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Dünya
  • Analitika
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2025
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə