"İranın zənginləşdirilmiş uran ehtiyatı İranın nüvə sazişində nəzərdə tutulan limitdən 40 dəfə çoxdur".
Gündəm24.az "Mehr News"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi üç Avropa ölkəsinin İrana qarşı tətik mexanizmini işə salmağa çalışmasına işarə edərək deyib.
Onun sözlərinə görə, İrana qarşı sanksiyaların tətbiqi üçün tətik mexanizmi diplomatiyanın sonu demək deyil.
Britaniyalı nazir bildirib ki, "biz İranı ABŞ ilə danışıqlara qayıtmağa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin geri qayıtmasına icazə verməyə çağırırıq".
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 39