Çinli alimlər insan bədən istiliyindən istifadə edərək smartfonları enerji ilə doldurmağın üsulunu tapıblar.
Gündəm24.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Məlumata görə, çinli elm adamları bədən istiliyini elektrik enerjisinə çevirən xüsusi rezin material hazırlayıblar.
Bildirilir ki, insan bədəni (37 °C) ilə ətraf mühitin (20-30 °C) temperaturu arasındakı fərq enerji istehsalına imkan verir.
Yeni materialdan həm qadcetləri doldurmaq, həm də elektrik olmayan ərazilərdə müxtəlif avadanlıqlara enerji ötürmək mümkündür. Bundan əlavə, geyimlərdə tətbiqi telefonları enerji ilə təmin etmək və ya bədən istiliyini tənzimləmək üçün nəzərdə tutulur.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 94