"Gəlin çölə qaçdı ki, məni öldürürlər..." - Sarayda baş verən dəhşətli qətlin TƏFƏRRÜATI
Kriminal / Son dəqiqə / Hadisə
2-09-2025, 21:57
Xəbər verdiyimiz kimi, Bu gün Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib.
gundemtv.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Payızova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib.
Polisin keçirdiyi tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Onun Ə.Məlikovanın qaynı olduğu müəyyənləşib.