Azərbaycanda vətəndaşların ən çox qarşılaşdığı suallardan biri iş yerində staj olmadan kredit götürmək imkanları ilə bağlıdır. Bəs, iş yerində staj olmadan kredit götürmək mümükündür?
gundemtv.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə maliyyə eksperti Əkrəm Həsənov açıqlama verib.
Onun sözlərinə görə, bankların əsas tələbi vətəndaşın müəyyən dövr ərzində sabit gəlirə sahib olmasıdır:
“Fərqi yoxdur, əmək haqqından, yaxud da əmlakını icarəyə verməklə gəlir əldə edir. Əsas odur ki, vətəndaş ən azı 6 ay ərzində işləsin və gəliri rəsmi şəkildə təsdiqlənsin. Bu, mütləq staj demək deyil. Ola bilər ki, şəxs heç vaxt heç yerdə fəaliyyət göstərməyib, yalnız son 6 ayda işləyir. Bu halda belə ona kredit verilə bilər,” – ekspert bildirib.
Həsənov əlavə edib ki, banklar üçün vacib olan iş yerində uzunmüddətli staj deyil, müştərinin sabit və rəsmi gəlirə malik olmasıdır.
Oxunub: 143