"Qarabağ" klubunda gözlənilməz ayrılıq yaşanıb.
Ağdam təmsilçisi Aleksey İsayevlə vidalaşıb. 29 yaşlı futbolçu karyerasını "Sabah"da davam etdirəcək. "Qarabağ" A.İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi ilə razılığa gəlib.
Qeyd edək ki, 2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey "kəhər atlar"la iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.\\Offsideplus.az
Oxunub: 140