Kosmik vasitələrimizin istifadəsində əsas məqsəd Azərbaycanda iqlim dəyişikliklərinin monitorinqidir.
"Gündəmtv.Az" xəbər verir ki, bunu "Azercosmos"un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov deyib.
"Lakin yığdığımız təcrübə və əlimizdə olan kosmik məlumatlar imkan verir ki, bunları yalnız Azərbaycanda deyil, yaxın regionda və dünyada tətbiq edək".
Qurum nümayəndəsinin sözlərinə görə, bu sahədə artıq beynəlxalq əməkdaşlıqlar qurulur: "Gələcəkdə bunun nəticələrini sizə qeyd edəcəyik".