İsrailin Silahlı Qüvvələri İranın paytaxtı Tehranda zərərçəkənlərə yardım edən yerli xilasediciləri vurub.
"Gündəmtv.az"ın "Mehr"ə istinadən xəbərinə görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
"Təşkilatın iki əməkdaşının ölməsi ehtimalı var", - məlumatda deyilir.
20:30
İranın paytaxtı Tehranda güclü partlayış baş verib, şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb.
Bu barədə
"Gündəmtv.az" TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, paytaxtın şimalında qatı tüstü görünür.
Daha əvvəl İsrailin İranın əsas teleyayım şirkəti olan IRIB-in ("Islamic Republic of Iran Broadcasting") binasına hücum etdiyi məlum olub.