• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev milli bayram münasibətilə italiyalı həmkarını təbrik edib

Manşet / Siyasət

2-06-2025, 11:07


Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib.

Gündəmtv.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır.

Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.

Enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.

Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan
İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir.

Mən ölkələrimiz arasında artan siyasi dialoqu yüksək qiymətləndirirəm. Bu gün biz qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-İtaliya əlaqələrini daha da dərinləşdirmək əzmindəyik.

Əminəm ki, ölkələrimiz arasında dostluğun və çoxölçülü strateji tərəfdaşlığın möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

30-04-2025, 11:10

Prezident İlham Əliyev İsxak Hersoqu təbrik edib

Manşet / Siyasət

1-01-2025, 11:23

İlham Əliyev kubalı həmkarını təbrik edib

---

11-12-2024, 09:00

Prezident həmkarını təbrik etdi

Manşet / Siyasət

2-12-2024, 11:41

İlham Əliyev BƏƏ-nin və Laosun dövlət başçısını təbrik edib

Manşet / Siyasət

27-08-2024, 11:10

İlham Əliyev Moldovanın prezidentini təbrik etdi

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 00:31
    Səhiyyə Nazirliyi: İranda İsrailin hücumu nəticəsində 224 nəfər ölüb – YENİLƏNİB
  • Bu gün, 00:30
    İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə zərbə endirdiyini açıqlayıb
  • Bu gün, 00:05
    “Sepah” kəşfiyyat rəisinin öldüyünü təsdiqləyib – YENİLƏNİB
  • Dünən, 20:26
    Rusiyanın mədəniyyət naziri musiqiçilərin İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
  • Dünən, 20:16
    KİV: İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 400-ü ötüb
  • Dünən, 19:35
    Ərdoğan Azərbaycanı təbrik edib
  • Dünən, 18:20
    İran sakinlərinə mümkün olduqca distant iş rejiminə keçmək tövsiyə edilib
  • Dünən, 17:42
    İran Prezidenti: ABŞ hücumlardan əvvəl İsrailə kəşfiyyat məlumatı verib
  • Dünən, 17:22
    Naxçıvanda bir sıra qida obyektlərində nöqsanlar aşkarlanıb
  • Dünən, 17:10
    Qırğızıstanın 28 vətəndaşı İrandan Azərbaycana təxliyə edilib - YENİLƏNİB
  • Dünən, 17:00
    DİN-in kursantları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 13:35
    Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib
  • Dünən, 13:30
    "Milli Qurtuluş Gününə həsr olunan səhnə: 'İrəvanda nəyim qaldı…' - FOTOLAR
  • Dünən, 13:18
    KİV: İran üçüncü tərəflərin vasitəçiliyi ilə Vaşinqtona müraciət etməyə çalışır
  • Dünən, 12:50
    “Qurtuluş Günündə - gələcək naminə: Azərbaycan yeni aqrar əsasları necə qurur”
  • Dünən, 12:10
    İlham Əliyev Koreyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 11:28
    Azərbaycan Prezidenti Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 11:06
    DTX Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb
  • Dünən, 11:00
    Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür edib
  • Dünən, 10:46
    Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
  • Dünən, 10:20
    Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək
  • Dünən, 10:10
    Azərbaycan lideri: Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır
  • Dünən, 10:04
    Prezident: Azərbaycan bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır
  • Dünən, 10:00
    İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 08:21
    KİV: İranın zərbəsindən sonra İsraildə araşdırma mərkəzi yanıb
  • Dünən, 08:00
    Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
  • Dünən, 05:00
    İsrail Tehranın iki neft anbarına hücum edib
  • Dünən, 02:30
    İran AEBA-nı nüvə fəaliyyəti ilə bağlı məlumatlandırmayacaq
  • Dünən, 02:10
    XİN Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Dünən, 00:01
    İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • Dünən, 00:00
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2025, 21:01
    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
  • 14-06-2025, 19:30
    Ərdoğan Səudiyyə şahzadəsinə: İsrail regional və qlobal təhlükəsizliyi təhdid edir
  • 14-06-2025, 19:02
    İsrailin Şərqi Azərbaycan ostanına endirdiyi zərbələr nəticəsində 30 nəfər ölüb
  • 14-06-2025, 19:00
    İsrail müdafiə naziri: Tehran "yanacaq"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə