Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur.
Gündəmtv.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur:
“Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür, insanlar vaxtında müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanuna uyğun olub-olmadığını bilmirəm.
Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur. Səhiyyə naziri Teymur Musayevlə də danışıqlarımız olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu məsələlərin orada müzakirə edilməsi nəzərdə tutulub”.