İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.
Gündəmtv.az "Azad İran"a istinadən xəbər verir ki, bunu İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzin deyib.
Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.