Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Abit Mərdanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Gündəmtv.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Abit Mərdanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Abit Mərdanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunub.