Azərbaycan dövləti heç bir xarici maliyyə yardımı olmadan öz gücünə arxalanıb işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrin dünyada analoqu yoxdur.
Gündəmtv.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı səsləndirib.
E.Hüseynov bildirb ki, Ağdam və Füzuli rayonları sovet dövründən bölgənin iqtisadi fəallığı baxımından həm əhalinin sıx məskunlaşdığı, həm də regionda inkişafı etmiş bir mərkəzlər formasında fəaliyyət göstəriblər:
“İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi beş məntiqi mərhələ üzrə həyata keçirilir. Bunlardan ən vacibi və birincisi baş planların hazırlanmasıdır. Azərbaycan dövləti heç bir xarici maliyyə yardımı olmadan öz gücünə arxalanıb həyata keçirdiyi bu layihələrin dünyada analoqu yoxdur. Bu addımlarla Azərbaycan unikal bir təcrübə qazanıb. Bu proseslərin necə baş verməsi Azərbaycanda var".