Rüşvət almaqda təqsirləndirilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gündəmtv.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Hər biri barəsində 1 il sınaq müddəti seçilib və şərti cəza verilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib. İttihama görə, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva vətəndaşlardan rüşvət alaraq onlara əlillik dərəcələri veriblər.