Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.
Gündəmtv.az xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.
Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulub.