Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti passport sahibləri üçün viza tələbinin ləğv edilməsi haqqında razılaşma imzalanıb.
Gündəmtv.az xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski imzalayıblar.