• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Bayramdan sonra bədənə yığılan toksinləri bu yolla atın

Manşet / Cəmiyyət

6-01-2025, 12:33



“Bayramdan sonra bədənə yığılan toksinlərin əlamətləri müxtəlif şəkildə özünü göstərə bilər. Toksinlər orqanizmə əsasən qida (qatqı maddələri, pestisidlər), hava (ağır metallar, qazlar), su (kimyəvi çirkləndiricilər) və dərman preparatları vasitəsilə daxil olur”.

Gündəmtv.Az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.
Ətraflı
Onun sözlərinə görə, bədən bu zərərli maddələri təbii yollarla – qaraciyər, böyrəklər, dəri və həzm sistemi vasitəsilə xaric etməyə çalışır:
“Lakin toksinlərin miqdarı bədənin təmizlənmə qabiliyyətindən artıq olduqda, müxtəlif sistemlərdə problemlər yarana bilər. Xroniki yorğunluq toksinlərin hüceyrələrdə enerji istehsalını zəiflətməsi ilə əlaqədardır. Xüsusən mitoxondrilərin funksiyası pozulduqda, bədən enerjini bərpa edə bilmir. Bunun nəticəsində yorğunluq hissi günün başlanğıcından belə özünü göstərə bilər. Bundan əlavə, bəzi toksinlər sinir sistemində neyrotransmitterlərin, məsələn dopamin və serotonin balansını pozaraq diqqət çatışmazlığı və əhvalın aşağı düşməsi ilə nəticələnir.
Dərinin vəziyyətindəki problemlər, məsələn, sızanaqlar, qara nöqtələr və quruluq, bədən toksinləri xaric edə bilmədikdə baş verir. Dəri bu prosesdə iştirak etməyə başlayır. Nəticədə qaraciyərin yükləndiyi hallarda sarılıq və ya iltihab əlamətləri də müşahidə edilə bilər. Həzm sistemində yaranan problemlər, məsələn qarında şişkinlik, qaz və qəbizlik, bağırsaq florasına təsir edən toksinlərin nəticəsidir. Ağır metallar bağırsaq bakteriyalarının balansını pozaraq, "disbioz" adlı vəziyyət yaradır. Bu da həzm prosesini zəiflədir və immunitetin azalmasına səbəb olur.

Baş ağrıları və zehni dumanlıq toksinlərin beyinə qan vasitəsilə keçərək neyrotoksik təsir göstərməsi ilə bağlıdır. Xüsusilə qurğuşun və civə kimi ağır metallar sinir hüceyrələrinin fəaliyyətini pozur. Bu da yaddaşın zəifləməsi və diqqətsizlik kimi əlamətlərə gətirib çıxarır. Ağızdan pis qoxu gəlməsi və ağızda acılıq qaraciyərin funksiyasının yüklənməsi ilə əlaqədardır. Qida parçalanması məhsulları qan dövranında qalaraq bu problemləri yaradır. Dil üzərində ağ və ya sarı təbəqə də buna işarədir”.

Mütəxəssis-ekspert qeyd edib ki, toksinlərin bədən yağlarında toplanması maddələr mübadiləsinin pozulmasına və artıq çəkinin yaranmasına səbəb ola bilər:

“Bəzi toksinlər, məsələn, ftalatlar hormon balansını təsir edərək piy toxumasının yığılmasını artırır. İmmunitetin zəifləməsi toksinlərin yaratdığı yükə cavab olaraq orqanizmin enerjisini detoksifikasiya prosesinə sərf etməsindən qaynaqlanır. Bu isə tez-tez soyuqdəymə, iltihab və allergik reaksiyalarla özünü göstərə bilər.

Bədəninizdə bu əlamətləri müşahidə etdikdə detoksifikasiya prosesinə kömək etmək vacibdir. Toksinləri bədəndən atmaq üçün antioksidantlarla zəngin qidalardan istifadə etmək, bol su içmək, fiziki aktivliyi artırmaq tövsiyə olunur. Probiotiklər bağırsaq mikroflorasını bərpa etməyə kömək edir, yaşıl çay isə antioksidantlarla zəngin olduğu üçün toksinlərin atılmasını sürətləndirir. Uzunmüddətli simptomlar müşahidə olunarsa, nutrisioloq və ya həkimlə məsləhətləşmək vacibdir”.

E.Məmmədov sonda bildirib ki, sağlam qidalanma və aktiv həyat tərzi bədəninizin toksinlərdən müdafiə mexanizmini gücləndirir və ümumi sağlamlığınızı qorumağa kömək edir.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

24-11-2024, 21:47

Taxta qaşıqlar görün hansı xəstəliklərə yol açırmış

Manşet / Cəmiyyət

15-11-2024, 18:26

Ac qalanda insan orqanizmində nə baş verir?

Manşet / Cəmiyyət

2-11-2024, 02:00

Süd böyüklər üçün faydalıdırmı?- Ekspertlər danışdı

Manşet / Cəmiyyət

17-10-2024, 19:38

Pul verib aldığımız xərçəng xəstəliyi...

Manşet / Cəmiyyət

1-06-2024, 05:30

Maqneziumun hansı forması nəyə faydalıdır?

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 21:01
    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 19:30
    Ərdoğan Səudiyyə şahzadəsinə: İsrail regional və qlobal təhlükəsizliyi təhdid edir
  • Dünən, 19:02
    İsrailin Şərqi Azərbaycan ostanına endirdiyi zərbələr nəticəsində 30 nəfər ölüb
  • Dünən, 19:00
    İsrail müdafiə naziri: Tehran "yanacaq"
  • Dünən, 18:32
    Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə təlimi üçün yola düşüb
  • Dünən, 18:31
    İlham Əliyev: Britaniya şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər
  • Dünən, 18:27
    Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
  • Dünən, 18:01
    İranda daha üç nüvə alimi öldürülüb
  • Dünən, 17:02
    Ceyhun Bayramov və Hakan Fidan İsrailin İrana hücumunu müzakirə ediblər - YENİLƏNİB
  • Dünən, 13:40
    Rusiya vətəndaşlarının İrandan çıxarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib
  • Dünən, 13:30
    Hikmət Hacıyev: Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidir
  • Dünən, 13:28
    Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
  • Dünən, 13:03
    Cəbrayılda 32 ildən sonra ilk dəfə “Son zəng” çalınıb
  • Dünən, 12:53
    Şuşada ilk dəfə "Son Zəng" tədbiri keçirilib
  • Dünən, 12:50
    Xankəndidə 37 il əvvəl məzun olanlar üçün "Son zəng" mərasimi keçirilib
  • Dünən, 12:30
    Hikmət Hacıyev: Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur
  • Dünən, 12:25
    Rusiyanın Xalq artisti təxliyə işlərində göstərilən yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib
  • Dünən, 12:25
    Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçiriləcək
  • Dünən, 12:16
    Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapuru tərk edə bilmir
  • Dünən, 12:02
    Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
  • Dünən, 11:54
    İsrail İranın iki mərmisinin Qəzza yaxınlığında düşdüyünü etiraf edib - YENİLƏNİB
  • Dünən, 11:30
    İsrail İranın Mehrabad hava limanında qırıcı təyyarə anqarına zərbə endirib
  • Dünən, 11:26
    İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
  • Dünən, 11:21
    Xaçmazda yanğın-taktiki təlim keçirilib
  • Dünən, 11:04
    Emin Əmrullayev Hacıqabulda "Son zəng" mərasimində iştirak edib
  • Dünən, 11:03
    İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
  • Dünən, 10:47
    Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir
  • Dünən, 10:37
    Azərbaycanda qeydiyyatda olan tarix-mədəniyyət abidələrinin vahid pasportu olacaq
  • Dünən, 09:50
    İrandan gələn PUA-lara görə İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib
  • Dünən, 04:00
    AK Partiyadan bir qrup nümayəndə Şuşaya gələcək
  • 12-06-2025, 13:10
    Azərbaycan "İnterviziya" beynəlxalq müsabiqəsində iştirak edəcək
  • 12-06-2025, 12:30
    TDT ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin ikinci iclası çərçivəsində Kommunike qəbul edilib
  • 12-06-2025, 11:50
    Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi barədə hesabat verib
  • 12-06-2025, 11:37
    Azərbaycan İtaliyanın Triest şəhəri ilə əlaqələrin inkişafında maraqlıdır
  • 12-06-2025, 10:30
    İlham Əliyev TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul şəxslərinin 2-ci iclasının iştirakçılarına məktub göndərib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə