Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində Kommunike sənədi qəbul edilib.
“Gündəmtv.az” xəbər verir ki, “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə sənəd əvvəlcə səsə qoyulub, daha sonra isə TDT-yə üzv ölkələr tərəfindən təsdiq edilərək imzalanıb.