• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

"Şagirdlərin nəticələri ilə fəxr edin, verdikləri şokoladla deyil" - Tanınmış müəllimdən TƏNQİD

Manşet / Cəmiyyət

24-12-2024, 00:23


Son günlər, həm ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində şagird və tələbələrin müəllimlərinə şokolad vermələri ilə bağlı yeni bir trend yaranıb. Sosial şəbəkələrdə yayılan müxtəlif videolara reaksiyalar isə müxtəlifdir. Bəziləri bu cür videoların stressli iş mühitində xoş bir an olduğunu bildirir, digərləri isə müəllimlərin əllərini açaraq şirniyyat almalarının peşələrinə uyğun olmadığını qeyd edirlər.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən "Örnək müəllim", tədqiqatçı-jurnalist, ssenarist və tarix müəllimi Mənsurə Tağıyeva şokolad vermə hərəkətini mənfi qiymətləndirir.

Onun sözlərinə görə, müəllimin əlini açdırıb ovcuna şokolad qoymaq böyük bir biyabırçılıqdır:

“Bu trend başladığı zaman məktəbdə şagirdlərimə dedim ki, bu çox çirkin bir işdir. Müəllim sizin üçün dilənçi deyil və o günə qalmayıb ki, kiminsə şokoladına ehtiyacı olsun. Müəllimlərə sevgini başqa cür göstərmək lazımdır. Müəllimin əlini açdırıb ovcuna şokolad qoymaq nə deməkdir? Bu biyabırçılıqdır. Amma onu da qeyd edim ki, bu, bəzən müəllimlərdən asılı olmur. Sosial şəbəkələrdə hər hansı bir trend yayılanda, yeniyetmələr bunu tətbiq etmək istəyirlər. Ötən günlərdə şagirdlərim mənə dedilər ki, "müəllim, əlinizi açın". Mən də onlara dedim ki, burada saxlayın, nə edirsiniz? Mən niyə əl açmalıyam? Yəni demək istəyirəm ki, bəzən müəllimlərin xəbəri olmadan şagirdlər onlara sürpriz etmək istəyirlər. Anlamıram ki, müəllimlər bu hərəkəti necə içdən qarşılayırlar. Mənim üçün bu, bir növ sillə kimidir. Müəllimlərə tövsiyə edərdim ki, sosial şəbəkələrdə gördükləri hər şey yaxşı olmaya bilər. Hər şeyi tətbiq etmək məcburiyyətində deyillər. İnqubator deyilsiz axı. Bu baxımdan, müəllimlər özlərini ucuzlaşdırmasınlar. Müəllim uşağın gözünə baxanda ordan enerjini və sevgini almalıdır. Ola bilər ki, müəllimin şagirdi olimpiyada yer tutmasın, yüksək nailiyyətlərə imza atmasın, amma müəllimin şərəfini alçaltmaq olmaz”.



Mənsurə Tağıyeva əlavə edib ki, müəllim adını hər zaman uca tutmaq lazımdır:

“Cəmiyyətə səslənərək demək istərdim ki, müəllimi dəyərdən salmayın. Cəmiyyətdə hər bir sahənin inkişafı üçün müəllim lazımdır. Müəllim adı uca tutulmalıdır. Nə vaxt ki, cəmiyyət müəllimə dəyər verəcək, o zaman cəmiyyətimiz düzələcək. Məncə, müəllimlər şagirdlərlə, qəhrəmanlarımız və şəhidlərimizlə bağlı trend etməlidirlər. Şagirdləri ilə şəhidlərimizin ailələrinə baş çəkməli, məzarlarını ziyarət etməlidirlər. Həmçinin, müəllimlər, yüksək nəticələr əldə etmiş şagirdləri nümunə olaraq təqdim edə bilərlər. Cəmiyyətdə yaxşı və doğru trendlər yaratmalıdırlar. Bu gün insanı tərbiyə edən ədəbiyyatdır, lakin təəssüf ki, ədəbiyyatı çox az oxuyurlar. Şagirdlər özlərinə ideal seçməlidirlər. Bu vəziyyətdə müəllimin və ya şagirdin deyil, cəmiyyətin mənəvi dəyərləri azalır. Bir müəllim, yaxşı oxuyan şagirdiylə, şagirdinin yüksək nəticələri ilə fəxr etməlidir, nəinki verdiyi şokoladla. Hər bir müəllimin aldığı maaşla şokolad almaq mümkündür. Müəllim öz mənəvi keyfiyyətləri, əxlaqı və davranışı ilə şagirdlərin sevgisini qazanmalıdır. Kaş ki, dəyərlərimiz itməyə".

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

7-11-2024, 11:54

"O müəllimlər 4-5 saatını yolda keçirir, dərsə təsir edir"

Manşet / Cəmiyyət

28-10-2024, 06:17

Şirniyyat yeyib kökələnlər bunu etsin

Manşet / Cəmiyyət

25-09-2024, 23:05

Məktəblərdə müəllim çatışmazlığı - Valideynlər narazıdırlar

Manşet / Qarabağ

16-09-2024, 09:35

Şuşada 33 ildən sonra ilk zəng çalındı

Manşet / Cəmiyyət

2-08-2024, 21:00

Azərbaycanda əsgərlikdən gələn şəxs müəllimini boğmaq istədi

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 15:30
    Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Birgə Müəssisə yaradılıb
  • Bu gün, 15:30
    Samir Şərifov: Postmünaqişə dövründə iqtisadi bərpa kəskin problemə çevrilir, Azərbaycan da bununla üzləşir
  • Bu gün, 15:20
    DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb
  • Bu gün, 12:55
    Baş prokuror tərəfindən Yekaterinburq hadisələri ilə bağlı cinayət işi başlanılıb
  • Bu gün, 12:44
    Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin məhkəməsi keçirilir
  • Bu gün, 12:39
    Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
  • Bu gün, 12:37
    Yayda balıq yemək olmaz?
  • Bu gün, 12:33
    Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
  • Bu gün, 11:44
    Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
  • Bu gün, 11:40
    Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib
  • Bu gün, 11:35
    Yekaterinburqda qətlə yetirilən Hüseyn Səfərovun ölüm səbəbi müəyyənləşib - EKSPERTİZA RƏYİ
  • Bu gün, 11:34
    Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum olub
  • Bu gün, 11:33
    Əfqanıstan ECO-nun Xankəndidə keçiriləcək sammitinə yüksək vəzifəli nümayəndə heyəti göndərib
  • Bu gün, 11:06
    İran Prezidenti Xankəndiyə səfər edəcək
  • Bu gün, 11:05
    Azərbaycan Prezidenti Somali liderinə təbrik məktubu göndərib
  • Bu gün, 11:02
    İlham Əliyev Ruanda Prezidentini təbrik edib
  • Bu gün, 10:55
    Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
  • Bu gün, 10:50
    XİN Somali və Kanadanı Milli Gün münasibətilə təbrik edib
  • Bu gün, 10:28
    ABŞ-nin müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
  • Bu gün, 10:20
    Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçirilir
  • Bu gün, 09:45
    Gələn həftə magistraturaya ixtisas seçimi başlayır
  • Bu gün, 09:40
    Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Bu gün, 06:00
    Bu gündən xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib
  • Bu gün, 04:30
    İran şirkəti Həştərxan limanının yeganə sahibi ola bilər
  • Bu gün, 02:30
    Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
  • Bu gün, 01:00
    Yeddi ölkənin gəncləri Ağdama səfər edib
  • Bu gün, 00:01
    Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
  • Bu gün, 00:00
    Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır
  • Dünən, 22:50
    “Haber Global”da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
  • Dünən, 22:35
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir
  • Dünən, 22:30
    Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm
  • Dünən, 21:10
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib
  • Dünən, 20:53
    Paşinyan Kallasla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
  • Dünən, 20:00
    Hərbi prokuror bayram günləri sərhədlərdə olub
  • Dünən, 19:57
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə