Məşhur qastroenteroloq Dr. Alan Dezmend səhərlər yeməkdən imtina etdiyi və xərçəngə səbəb olan qidaları açıqlayıb.
Gündəmtv.Az xarici KİV-ə istinadla həmin qidaların siyahısını təqdim edir:
“Səhər saatlarında bədənimizin sağlamlığını qorumaq üçün yeməyə necə başladığımız çox vacibdir.
Kolbasa, sosiska və bu kimi emal edilmiş ət məhsulları hər il təxminən 644 min insanın ölümünə səbəb olur. Bu məhsullar təkcə həzm sistemimizin sağlamlığını təhdid etmir, həm də ürək xəstəlikləri və şəkərli diabet riskini və s. ciddi şəkildə artırır”.
Sağlamlığa zərərləri
Xərçəng riski: Ümumdünya Səhiyyə Təşkilatı emal edilmiş ət məhsullarını (kolbasa, sosiska və s.) ”mütləq kanserogen” kimi təsnif edir. Bu qidanın xüsusilə kolon, düz bağırsaq və mədəaltı vəzi xərçəngləri ilə əlaqəli olduğu bildirilir.
Piylənmə riski: Emal edilmiş ətlər ümumiyyətlə, yüksək kalorili və qida dəyəri baxımından aşağıdır. Bu, çəki artımına və piylənməyə səbəb ola bilər.
Bağırsaq sağlamlığı problemləri: Bu ətlərdə yüksək duz miqdarı bağırsaq sağlamlığına mənfi təsir göstərərək qəbizlik və həzm problemlərinə səbəb ola bilər.
Ürək xəstəliyi riski: Emal edilmiş ətlər yüksək miqdarda doymuş yağ və natrium ehtiva edir. Ürək xəstəliyi, yüksək qan təzyiqi və insult riskini artırır.