• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Azərbaycan Ginnesin Rekordlar Kitabına düşməlidir, hələ tarixdə elə bir hal olmayıb ki... - Fəzail İbrahimli

Manşet / Siyasət

10-04-2025, 19:24


“Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra əldə etdiyi qələbə, əslində, Ginnesin Rekordlar Kitabına düşməlidir. Dünyada elə bir dövlət yoxdur ki, dünyada əhalisi, ərazisi kiçik olan bir dövlət dünyanın aparıcı güclərinə qalib gəlsin. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistan üzərində deyil, Avropanın, Rusiyanın, ABŞ-nin maraqlarına qarşı çıxaraq torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü, suverenliyini bərpa etdi”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli ADA Universitetində Prezident İlham Əliyevin "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışını şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu forumda da Azərbaycanın beynəlxalq münasibətlər sistemində, xüsusən Qərblə Şərq, Şimalla Cənub arasında oynadığı əhəmiyyətli rolu, bu istiqamətdə atdığı addımları faktlarla dünya ictimaiyyətinə çatdıraraq, Azərbaycanın haqq işinə və səsinə səs verməyə çağırdı: “Prezident tədbirdən həm də Azərbaycanın yürütdüyü xarici siyasət, regional və qlobal məsələlərlə bağlı mesajlarını beynəlxalq ictimaiyyətə çatdırdı”.

Deputat böyük dəvlətlərin və güclərin Azərbaycana olan münasibətini iki mərhələyə bölüb:
“Birincisi, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdəki münasibətidir. Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq, vandalizm hərəkətlərinə, soyqırımı siyasətinə susur. Sanki onlar üçün mahiyyət kəsb etmir. İşğalçılıq siyasətini həyata keçirən dövlətə qarşı reaksiya verilmir, onun işğalçılıq siyasəti qınanılmır. Əksinə, həmin güclər Azərbaycanı hər vasitə ilə Ermənistanın işğal siyasəti ilə barışmağa sövq edirlər. Amma buna nail ola bilmirlər. Çünki dövlət başçısının sərgilədiyi qətiyyətli mövqe nəticəsində Azərbaycan bir qarış torpağını güzəştə getmədi.

Azərbaycan görəndə ki, beynəlxalq hüquq beynəlxalq gücün yedəyində gedir və Qarabağ məsələsini beynəlxalq hüquq prinsipləri ilə həll etmək mümkün deyil, o zaman öz potensialından istifadə etməklə dövlətin iqtisadiyyatını, ordusunu gücləndirib qüdrətli dövlətə çevrilmək yolunu tutdu. Güclü iqtisadiyyata və orduya malik Azərbaycan hüquqlarından istifadə edərək işğala son verib ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu zaman böyük güclərin kürkünə birə düşdü... Azərbaycan bununla həmin güclərin Cənubi Qafqazdakı maraqlarını, nəzərdə tutduqları layihələri puça çıxardı. Bax, bundan sonra böyük güclərin Azərbaycana qarşı ikinci mərhələdəki münasibətləri başladı.

Həmin güclər diplomatiyanı kənara qoyub birbaşa Azərbaycana qarşı açıq mübarizəyə keçdilər. Beynəlxalq aləmin gözü qarşısında Ermənistanı sürətlə silahlandırmaq yolunu seçdilər. Amma bu da nəticə vermir və verməyəcək də...

Bax, bütün bu səbəblərdən də mən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi qələbənin Ginnesin Rekordlar Kitabına düşməsini təklif edirəm. Hələ tarixdə elə bir hal olmayıb ki, ərazisi kiçik, əhalisinin sayı az olan bir dövlət böyük dövlətlərin və güclərin birbaşa himayə etdiyi bir dövlət üzərində qələbə çalsın. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanın deyil, dünya erməniçiliyi və onların havadarları üzərində qələbə çaldı. Azərbaycan Avropanın, Rusiyanın istəyinə qarşı çıxdı. Dünyanın siyasi sükanı araxasında oturan ABŞ-nin istəyinin reallaşmasına imkan vermədi. Torpaqlarını işğaldan azad etdi. Dünyada varmı belə bir dövlət!? Varmı belə bir Prezident ki, ətrafı düşmən ölkələrlə əhatə olunan kiçik əraziyə malik bir dövlətə rəhbərlik etsin. Qonşuların daim sənə qərəzli münasibət bəsləsin və belə bir şəraitdə sən qələbə çalasan. Bax, Azərbaycanın bu şücaəti, qüdrəti böyük dövlətləri şoka saldı.

Amma bu qərəzli münasibətlərə baxmayaraq, Rusiya-Ukrayna müharibəsində çətinə düşən kimi həmin Avropa Azərbaycana üz tutdu. Azərbaycana ehtiyac duyub, ayağına düşdü. Ancaq həyat göstərdi ki, canavara nə qədər yem versən, gözü yenə meşədədir, əqrəbə nə qədər bal versən, onu zəhərə çevirir. Azərbaycan mövqeyindən asılı olmayaraq bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu səviyyədə sivil qaydada qurmaq istəyib və bu prinsiplərə sadiqdir. Ancaq Azərbaycan heç kimə boyun əyməyib və əyməyəcək də... Bunun da əsas səbəbi dövlət-hakimiyyət-xalq-ordu birliyindədir. Prezident forum iştirakçılarının suallarını cavablandırarkən Azərbaycanın mövqeyini açıq, hamının başa düşəcəyi dildə detallı şəkildə dünya ictimaiyyətinə çatdırdı. Prezident beynəlxalq aləmə onu da mesaj verdi ki, kimsə yeni dünya düzəninin formalaşmasında Azərbaycanın mövqeyini nəzərə almaya və onu görməzdən gələ bilməz. Qərblə Şərq arasında əlaqələrin qurulması Azərbaycansız mümkün deyil. Son olaraq onu qeyd etmək istərdim ki, Azərbaycan ərazicə kiçik dövlət olsa da, beynəlxalq münasibətlər sistemində boyu uca dövlətlər sırasındadır”.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

2-04-2025, 19:25

Erməni havadarlarının diz çökdürülməsinə aparan SAVAŞ

Manşet / Siyasət

8-11-2024, 15:35

Ermənistan zəfərimizdən nəticə çıxarsa, daha yaxşı olar, nəinki… - AÇIQLAMA

Manşet / Siyasət

8-11-2024, 16:14

Azərbaycan Bayrağı ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb

Manşet / Siyasət

25-10-2024, 15:11

BRICS Azərbaycanın qarşıya qoyduğu hədəflərə uyğundur - Açıqlama

Manşet / Siyasət

20-09-2024, 16:05

Əsrin qələbəsi ilə nəticələnən “Əsrin müqaviləsi” - AÇIQLAMA

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 00:13
    Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın ərazisindəki istifadə olunmayan anbarda baş verib
  • Bu gün, 00:03
    "Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-3 -VİDEO
  • Dünən, 16:51
    Ramin Məmmədov Berlindəki “Şəhidlik” məscidində olub
  • Dünən, 16:04
    Azərbaycan səfiri Parisdə İkinci dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib
  • Dünən, 15:24
    İranın ali lideri ABŞ-ni hədələyib
  • Dünən, 14:40
    Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələrini müzakirə edib
  • Dünən, 14:20
    İranın ali lideri İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib - YENİLƏNİB
  • Dünən, 13:31
    Yaponiyalı diplomat, rusiyalı və qazaxıstanlı tələbələr İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar
  • Dünən, 13:20
    Polkovnik-leytenant: Xankəndidən vaxtilə dövlətimizi təhdid edənlər bu gün məhkəmə qarşısında cavab verirlər
  • Dünən, 13:02
    Türkiyəli ekspert: Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq
  • Dünən, 13:00
    Bərdədə iki qadın qidadan zəhərlənib
  • Dünən, 12:52
    Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb
  • Dünən, 12:44
    Ramin Məmmədov Almaniyanın Dini Azadlıq üzrə komissarı ilə görüşüb
  • Dünən, 12:30
    “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi layihəsi iyulun 1-də parlamentdə müzakirə ediləcək
  • Dünən, 12:20
    Nazir: “Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir” - YENİLƏNİB
  • Dünən, 12:16
    Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
  • Dünən, 12:11
    Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
  • Dünən, 11:35
    Azərbaycan lideri Pezeşkianı İsraillə qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib
  • Dünən, 11:30
    İlham Əliyev iranlı həmkarı ilə danışıb, regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını ifadə edib
  • Dünən, 11:15
    Gəncədə hərbi yürüş keçirilib - YENİLƏNİB
  • Dünən, 10:46
    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB
  • Dünən, 10:30
    Latviya Seyminin azərbaycanlı deputatı: Azərbaycanla bağlı əhəmiyyətli plan və layihələrimiz var
  • Dünən, 10:03
    Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
  • Dünən, 10:00
    İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusu - 107 yaşlı qürur mənbəyimiz - ŞƏRH
  • Dünən, 09:47
    İyunun sosial yardımları bu gün ödənilib
  • Dünən, 09:00
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Dünən, 06:00
    Araşdırma: Veyplər siqaretlərdən daha təhlükəlidir
  • Dünən, 01:00
    Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
  • Dünən, 00:30
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • Dünən, 00:00
    Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 25-06-2025, 20:10
    İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib
  • 25-06-2025, 12:44
    Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planı təsdiqlənib
  • 25-06-2025, 12:25
    “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub
  • 25-06-2025, 12:21
    İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
  • 25-06-2025, 12:02
    Ramin Məmmədov Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə