İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 5-də növbəti dəfə torpaq hərracları keçirəcək.
Gündəmtv.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraclar ƏMDX-nın Şirvan, Ucar, Bərdə, Beyləqan, Cəlilabad, Şamaxı və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 19 torpaq sahəsi çıxarılacaq.