Bakının mərkəzində daha bir söküntü işləri başlayıb.
Gündəmtv.az Milli.Az-a istinadən xəbər verir ki, söküntü işləri paytaxtın Səbail rayonu ərazisində, Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kəsişməsində yerləşən ərazidə aparılıb.
Söküntü işlərinin ilkin mərhələsi tamamlanıb. Ərazidə olan 1-2 mərtəbəli həyət evlərinin bir hissəsi tamamilə sökülüb.
Ərazinin tezliklə təmizlənərək işlərə başlanılması planlaşdırılır.