• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Manşet / Cəmiyyət / Qarabağ

25-10-2024, 00:05


Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

“Gündəmtv.az” xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət / Qarabağ

25-10-2024, 11:30

Bu gün Qubadlı Şəhəri Günüdür

Manşet / Cəmiyyət / Qarabağ

20-10-2024, 00:05

Bu gün Zəngilanın azad olunmasından dörd il ötür

Manşet / Cəmiyyət

7-10-2024, 12:16

Ermənilərin 2020-də “əsir götürdüyü” məşhur generalımız...

Manşet / Cəmiyyət

3-10-2024, 00:05

Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür

Manşet / Qarabağ

15-06-2024, 17:30

Qubadlı rayonunun Tatar, Qaraqoyunlu və Qiyaslı kəndlərində şəhid məzarları bərpa olunur

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 19:32
    Hüseyn Hüseynov: Azərbaycanın DİM-in icrasındakı uğurları və təcrübəsi BMT-də geniş beynəlxalq ictimaiyyətə təqdim edilib
  • Dünən, 18:53
    Səfir: Azərbaycan və Peru əlaqələrinin daha da təkmilləşdirilməsinə ehtiyac var
  • Dünən, 18:25
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib
  • Dünən, 18:08
    Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
  • Dünən, 12:24
    İlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Dünən, 12:24
    Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilir
  • Dünən, 11:16
    Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb
  • Dünən, 11:07
    Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
  • Dünən, 10:32
    Dövlət Xidməti: Ölkədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis ordusu formalaşıb
  • Dünən, 10:20
    Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib
  • 17-07-2025, 16:00
    Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi
  • 17-07-2025, 15:50
    Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi
  • 17-07-2025, 15:40
    İlk dəfə ADA universitetində dövlət sifarişli yerlər AÇIQLANDI
  • 17-07-2025, 15:24
    Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi
  • 17-07-2025, 13:31
    Liderlər Şuşada güllələnmiş heykəllərə baxdılar
  • 17-07-2025, 11:28
    Laçındakı yanğına görə 3 nəfər saxlanıldı - RƏSMİ
  • 17-07-2025, 11:22
    Türkmənistan Türk Dövlətləri Təşkilatına GƏLİR
  • 17-07-2025, 10:54
    Azərbaycan XİN İraqa başsağlığı verdi
  • 17-07-2025, 10:38
    Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
  • 17-07-2025, 10:22
    Səməd Bəşirli: "Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir"
  • 17-07-2025, 10:20
    Qarabağda güzəştli şərtlərlə ev almaq mümkün olacaq
  • 17-07-2025, 10:13
    Türkmənistan da Qarabağın yenidən inşasına töhfə verəcək
  • 17-07-2025, 09:51
    Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
  • 17-07-2025, 09:40
    Ağdaşda yeniyetmə kanalda batıb
  • 17-07-2025, 08:05
    Anomal istilər davam edir - Temperatur bu gün də 40 dərəcə olacaq
  • 17-07-2025, 07:30
    Böyük qayıdış - Daha 43 ailə Kəngərliyə köçürüldü
  • 16-07-2025, 17:49
    Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
  • 16-07-2025, 17:43
    Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
  • 16-07-2025, 17:41
    Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
  • 16-07-2025, 17:05
    Uşaq qidasından dəmir parçası ÇIXDI: İstehsalçı tam məsuliyyət daşıyır – Ekspert
  • 16-07-2025, 16:51
    Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
  • 16-07-2025, 13:35
    Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 16-07-2025, 13:30
    Şamaxıda dini etiqad azadlığı mövzusunda konfransın iştirakçıları məscid və ziyarətgahlarda olublar
  • 16-07-2025, 13:20
    Nikol Paşinyan Zəngəzur dəhlizinin idarəetməsinin özəl şirkətə verilməsini istisna etməyib
  • 16-07-2025, 13:20
    Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı Oquldjaxan Atabayeva ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə