• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Azərbaycanın qarşıdakı hədəflərə nail olumasında parlament diplomatiyası

Manşet / Siyasət

17-10-2024, 17:49


Bu gün Azərbaycan son iki yüz ildən artıq dövrünü əhatə edən tarixinin ən qüdrətli dövrünü yaşayır və eyni zamanda yeni-yeni uğurlara imza atmaqdadır. İkinci Qarabağ savaşından sonra ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni inkişaf konsepsiyası, modern yüksəlişin istiqamətləri və hədəfləri də artıq bəllidir. İndi əsas hədəflər dövlətçiliyimizin, suverenliyimizin, milli təhlükəsizliyimizin, daxili və xarici siyasətimizin, mütərəqqi yüksəlişimizin daha da güclənməsi istiqamətində mühüm addımların atılmasıdır.

Bu reallıqlar isə Azərbaycanın qarşısında yeni çağırışlar və hədəflər qoyur. Digər tərəfdən isə beynəlxalq münasibətlər sistemində hökm sürən mürrəkkəb geosiyasi proseslər nəticəsində ortaya çıxan qlobal problelərin yaratdığı çağırışlar, təhdidlər də Azərbaycanın yürütdüyü xarici və daxili siyasətin qarşısında ciddi hədəflər qoyur.
Ölkə başçısı yürütdüyü uzaq görən siyasəti və uğurlu diplomatiyası ilə qlobal çağırışlarla Azərbaycanın maraqlarını uzlaşdıra bildiyindən hər zaman uğurlara imza atıb. Cənab Prezident qarşıdakı mərhələdə də Azərbaycanın yaratdığı reallıqları da geosiyasi proseslərin yaratdığı çağırışılarla uzlaşdırmaqla yürütdüyü siyasətin ana xəttini ölkəmizin dünyadakı mövcud mürəkkəb geosiyasi mübarizələrdən qələbə ilə çıxmasına proseslərdən qələbə ilə çıxması təşkil edir. Azərbaycanın bu proseslərdən çıxmasında da parlament diplomatiyasının üzərinə böyük yük düşür. Çünki müasir dünyada hər hansı bir ölkənin yürütdüyü siyasətin beynəlxalq miqyasa çatdırılmasında parlament diplomatiyasının əvəzsiz rolu var. Cənab Prezident də parlament diplomatiyasının roluna verdiyi önəmə görə, həm prezident seçkisindən sonrakı andiçmə mərasimini Milli Məclisdə keçirir, həm hər yeni çağırış Milli Məclisin ilk iclasında deputatlar qarşısında çıxış edərək ölkənin qarşısında duran hədəfləri bəyan edərək parlamentin həmin hədəflərə nail olması istiqamətində üzərinə vəzifə qoyur. Cənab Prezident VII çağırış Milli Məclisə ilk iclasında iştirak edərək çıxış etməklə Azərbaycanın qarşıdakı mərhələdəki hədəflərina açıqlayaraq bu hədəflərə nail olunmasında parlamentin üzərinə böyük bir məsuliyyət qoydu.

Milli Məclis də ölkə başçısının bu tapşırıqlaırna uyğun olaraq öz işini quraraq fəaliyyətini davam etdirməkdədir. Milli Məclisin sədri Sahibə Qafqarovanın oktyabrın 10-da Tacikstana səfəri bu qəbildən olan səfərdir. Səfər böyük siyasi əhəmiyyət kəsb etdiyindən buna hansısa bir ölkəyə ikitərəfli münasibətlərin normallaşdırlması baxımdan yanaşmaq yanlışdır. Parlament spikerinin Düşənbə səfəri təkcə Azərbaycanla Tacikistan arasında ikitərəfli əlaqələrə deyil, bütövlükdə Mərkəzi Asiya ölkələri ilə ölkəmiz arasındakı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək.
Mərkəzi Asiya ölkələri ilə əlaqələrin ən yüksək səviyyə qalxıb, daha sıx inteqrasiya olunması Azərbaycanın xarici siyasətinin əsas prirotetlərindən biridir. Bu eyni zamanda Azərbaycanın İkinci Qarabağ savaşından sonra yaratdığı reallıqların tələbidir. Bu istər yeni geosiyasi reallıqların şərtləndirdiyi Türkdilli dövlətlərin siyasi güc kimi formalaşaraq beynəlxalq siyasi arenaya çıxması, Azərbaycanın gələcəkdə "yaşıl enerji" və "yaşıl iqtisadiyyatla" müəyyən etdiyi strategiyanın həyata keçirilməsi, istər Orta Dəhliz məsələsi, istərsə siyasi, iqtisadi-ticari, mədəni, humanitar, təhlükəszilik, hərbi və digər kommunikasiya sahələrində əlaqələrin inkişafı baxımdan mümühm əhəmiyyət kəsb edir. Ona görə də rəsmi Bakı Mərkəzi Asiya ilə ikitərəfli və çoxtərəli formatlarda hərtərəfli əməkdaşlıq münasibətlərinə ciddi önəm verir. Rəsmi Bakının bu siyasətinin həyata keçirilməsində də parlament dipölomatiyasının xüsusi rolu var və bu rolu yeksək səviyyədə həyata keçirməlidir. Milli Məclisin sədrinin səfəri də bu məqsədi xidmət edir. Spiker Sahibə Qafarova Düşənbədə “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında iştirak etməklə yanaşı, Tacikistan prezidenti, parlament sədri, eyni zamanda tədbirdə iştirak edən Özbəkistan və Qazaxıstan parlamentlərinin rəhbərləri ilə ikitərfəli görüşlər keçirib. Bu görüşlərdə ölkələrimiz arasında əlaqələrin gələcək inkişaf perspektivi ilə yanaşı, regional məsələlər, tərəfləri maraqlandıran və naraaht edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu görüşlərdə qarşı tərəfə Azərbaycanın mövqeyi, məsələlərə yanaşması və baxışı çatdırılıb. Bu təmaslarda bu gün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən COP29-un yüksək səviyyədə keçirilməsi və məqədləri də diqqətə çatdırılıb. Görüşlərdə tərəflər ölkələr arasında əlaqələrin daha da dərinləşməsidnə parlamentlərin üzərinə düşən vəzifələr və görəcəkləri işlər barəsində də fikir mübadiləsi aparıblar. Hansı baxış bucağından yanaşılmasından asılı olmayaraq bu səfər Azərbaycanla Mərkəzi Asiya bölgəsi arasında əlaqələrin gələcək inkişafına parlament diplomatiyası öz töhfəsini vermiş olacaq.

Spiker Sahibə Qafarovanın oktyabrın 13-də Parlamentlərarası İttifaqın 149-cu iclasında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri də parlamentarizm diplomatiyası baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki Parlamentlərarası İttifaq dünya parlamentlərinin fəaliyyətlərinin əlaqələndirilməsinə xidmət edən ən qədim beynəlxalq qeyri-hökumət təşkilatdır. Siyasi məsələlərin müzakirə edildiyi bu beynəlxalq təşkilatda dünyanın 143 ölkənin parlamenti, 7 dövlətlərarası parlament təmsil olunur. Təşkilat eyni zamanda 2002-ci ildən BMT-də müşahidəçi statusunda çıxış edir. Milli Məclisin belə bir mötəbər təşkilatda təmsil olunması Azərbaycan həqiqətlərinin, mövqeyinin beynəlxalq miqyasa çatdırılmasında özünəməxusu yeri və rolu var.


Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan istifadə” mövzusunda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, günümüzdə elm, texnologiya və innovasiyalar Davamlı İnkişaf Məqsədlərinin çoxu ilə əlaqəli olduğu üçün bu məqsədlərin reallaşdırılmasına ciddi təsir etmək imkanına malikdir.
Spiker çıxışında 2030-cu ilin Davamlı İnkişaf Gündəliyinin yalnız 17 faizi zamanında həyata keçirilməsini kifayət qədər narahatedici məqam olduğunu və bundan təəssüfləndiyini qeyd edib. Spiker dünya birliyini hamının xeyrinə birgə müəyyən edilmiş İnkişaf Məqsədlərinə çatmaq səylərini irəli sürərək bildirib ki, mövcud vəziyyəti nəzərə alaraq, real addımlar atmağın və uyğun həllər təklif etməyin vaxtı gəlib çatıb.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, parlamentlər ETİ-nin təşviqi üçün əlverişli mühitin yaradılmasında, milli inkişaf proqramlarının hazırlanmasında, texnologiya mübadiləsinin dəstəklənməsində və ölkələr arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə verməkdə fəal rol oynaya bilərlər. Bu mənada, Sahibə Qafarova təkcə siyasi iradə deyil, həm də parlamentlərin birgə səylərini təşviq etmək və onların səslərinin eşidilməsini təmin etmək üçün praktiki alətlərə malik olan Parlamentlərarası İttifaqın rolunu xüsusi qeyd edib. O həmçinin qeyd edib ki, Azərbaycanda müasir innovasiyalar və rəqabət qabiliyyətli insan kapitalı 2030-cu ilədək yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biridir.
Sahibə Qafarova bildirib ki, qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var. 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.
Spiker çıxışında COP29-un həmiyyətinə toxunaraq qeyd edib ki, Azərbaycan bu istiqamətdə 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. "COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün bir platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim olunacaq", - o qeyd edib.
Spiker tədbri iştirakçılaırnın diqqətinə onu da çatdırıb ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək.
Sahibə Qafarova tədbir iştirakçılarını parlament iclasına dəvət edib, onları bu görüşdə fəal iştirak etməyə çağırıb.
Spiker Qafarova tədbridə təkçəçıxış etməyib, eyni zamanda Türkiyə, İran və digər ölkələrin nümayəndə heyətinin rəhbərləri ilə, o cümlədən Parlamentlərarası İttifaqının rəhbəri ilə ikitərəfli görüşlər keçirib. Hesab edirəm ki, bütün bu görüşlər həm Azərbaycanın mövqeyinin dünyaya çatdırılması, həm əlaqlərin inkişafı baxımdan parlament diplomatiyasi öz töhfəsini vermiş olacaq.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

26-09-2024, 12:40

Prezidentin müəyyən etdiyi hədəflər və VII çağırış Milli Məclisdən olan gözləntilər

Manşet / Siyasət

20-09-2024, 16:05

Əsrin qələbəsi ilə nəticələnən “Əsrin müqaviləsi” - AÇIQLAMA

Manşet / Siyasət / Cəmiyyət

19-09-2024, 16:33

Uğurlu sonluğun yeni bir uğurlu başlanğıcı - AÇIQLAMA

Manşet / Siyasət

16-09-2024, 16:50

Azərbaycan düşmənlərini pərişan etməyi gözəl bacarır və edəcək də... - AÇIQLAMA

Manşet / Siyasət

22-05-2024, 22:09

Bu, Azərbaycanla İran arasında yeni bir mərhələdir - AÇIQLAMA

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 00:31
    Səhiyyə Nazirliyi: İranda İsrailin hücumu nəticəsində 224 nəfər ölüb – YENİLƏNİB
  • Bu gün, 00:30
    İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə zərbə endirdiyini açıqlayıb
  • Bu gün, 00:05
    “Sepah” kəşfiyyat rəisinin öldüyünü təsdiqləyib – YENİLƏNİB
  • Dünən, 20:26
    Rusiyanın mədəniyyət naziri musiqiçilərin İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
  • Dünən, 20:16
    KİV: İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 400-ü ötüb
  • Dünən, 19:35
    Ərdoğan Azərbaycanı təbrik edib
  • Dünən, 18:20
    İran sakinlərinə mümkün olduqca distant iş rejiminə keçmək tövsiyə edilib
  • Dünən, 17:42
    İran Prezidenti: ABŞ hücumlardan əvvəl İsrailə kəşfiyyat məlumatı verib
  • Dünən, 17:22
    Naxçıvanda bir sıra qida obyektlərində nöqsanlar aşkarlanıb
  • Dünən, 17:10
    Qırğızıstanın 28 vətəndaşı İrandan Azərbaycana təxliyə edilib - YENİLƏNİB
  • Dünən, 17:00
    DİN-in kursantları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 13:35
    Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib
  • Dünən, 13:30
    "Milli Qurtuluş Gününə həsr olunan səhnə: 'İrəvanda nəyim qaldı…' - FOTOLAR
  • Dünən, 13:18
    KİV: İran üçüncü tərəflərin vasitəçiliyi ilə Vaşinqtona müraciət etməyə çalışır
  • Dünən, 12:50
    “Qurtuluş Günündə - gələcək naminə: Azərbaycan yeni aqrar əsasları necə qurur”
  • Dünən, 12:10
    İlham Əliyev Koreyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 11:28
    Azərbaycan Prezidenti Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 11:06
    DTX Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb
  • Dünən, 11:00
    Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür edib
  • Dünən, 10:46
    Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
  • Dünən, 10:20
    Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək
  • Dünən, 10:10
    Azərbaycan lideri: Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır
  • Dünən, 10:04
    Prezident: Azərbaycan bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır
  • Dünən, 10:00
    İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 08:21
    KİV: İranın zərbəsindən sonra İsraildə araşdırma mərkəzi yanıb
  • Dünən, 08:00
    Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
  • Dünən, 05:00
    İsrail Tehranın iki neft anbarına hücum edib
  • Dünən, 02:30
    İran AEBA-nı nüvə fəaliyyəti ilə bağlı məlumatlandırmayacaq
  • Dünən, 02:10
    XİN Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Dünən, 00:01
    İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • Dünən, 00:00
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2025, 21:01
    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
  • 14-06-2025, 19:30
    Ərdoğan Səudiyyə şahzadəsinə: İsrail regional və qlobal təhlükəsizliyi təhdid edir
  • 14-06-2025, 19:02
    İsrailin Şərqi Azərbaycan ostanına endirdiyi zərbələr nəticəsində 30 nəfər ölüb
  • 14-06-2025, 19:00
    İsrail müdafiə naziri: Tehran "yanacaq"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə