Ölkə başçısı İlham Əliyev cənablarının apardığı quruculuq işlərinin ölkəmizin hər bir yerində şahidi oluruq. İşğaldan azad olunan torpaqlarda aparılan yenidənqurma və bərpa işləri buna bariz nümunədir. Heç təsadüfi deyil ki, qurulan hər bir kənd, çəkilən hər bir yol, tikilən hər bir bina məhz İlham Əliyev cənablarının birbaşa öz nəzarəti, tapşırıq və göstərişləri ilə həyata keçirilir. Yenidən qurulan Şuşa, dağların qoynunda abadlaşan Laçın, öz qonaqlarını abadlaşan kəndləri ilə qarşılayan Zəngilan, sakinlərinə qucaq açan Füzuli regionun müasir standartlarına cavab verən şəhərlərinə çevrilməkdədir. Bütün işğaldan azad olunan torpaqlarda yaradılan və başlanan tikinti və quruculuq işlərini hər bir Azərbaycan vətəndaşı fəxarət və qürur hissi ilə müşahidə edir və onun canlı şahidi olur. Aparılan yenidənqurma və bərpa işləri digər rayonlarda olduğu kimi Qubadlı rayonunda başlanılmışdır.
Gündəmtv.az xəbər verir ki, Cəbrayıl , Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyində Qubadlı rayon Tatar, Qaraqoyunlu və Qiyaslı icmasının birgə keçirdiyi görüşdə bu kəndlərdə olan torpaqlarımız uğrunda canlarından keçən, erməni vandalları tərəfindən dağıdılan şəhid məzarlarının bərpası təşəbbüsü irəli sürülmüş və bəyənilmişdir. Tatar, Qaraqoyunlu və Qiyaslı icma nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə şəhid məzarlarının bərpasına başlanılmışdır. Cəbrayıl , Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin bu təşəbbüsə qoşulması icma nümayəndələri tərəfindən rəğbətlə qarşılanmışdır. Sakinlərlə söhbət zamanı bildirdilərki, digər abad olunan kəndlər kimi bu kəndlərində tez bir zamanda qurulması və öz kəndlərinə köçəcəyi gün uzaqda deyil. Vurğulandı ki, hər bir kənd sakini ölkə başçısı İlham Əliyev cənabları ilə öz kəndlərində görüşəcəyi günü səbirsizliklə gözləyirlər.
[/center]