İran prezidentinin qəzaya uğrayan helikopterinin Amerikaya məxsus olduğunu eyhamla xatırladıb.
Gündəmtv.Az xəbər verir ki, Putin Lukaşenko ilə görüşünün yekununda İran prezidenti İbrahim Rəisinin qəzaya düşməsi ilə bağlı bəzi məqamlara diqqət çəkib.
"Yeri gəlmişkən onu da qeyd edim ki, İran prezidenti İbrahim Rəisini müşayiət edən nümayəndə heyəti Rusiya istehsalı olan iki helikopterlə uçub və uçuş problemsiz keçib. Rusiya istehsalı olan helikopterlər isə heç bir xüsusi çətinlik çəkmədən eyni şəraitdə, eyni dəhlizdə, heç bir problem olmadan uçurdu”, - Putin bildirib.
Putin bununla Tehrana mesaj verib ki, Rəisi Amerikan helikopteri ilə deyil, Rusiya istehsalı olan helikopterlə uçsaydı belə bir faciə baş verməzdi.