Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanın suverenliyi üçün təhlükədir" bəyanatına münasibət bildirib.
Gündəmtv.Az xəbər verir ki, o, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını söyləyib.
"KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur. Rusiya Ermənistanla təmasları davam etdirir və etdirəcək. Ermənistan yaxın tərəfdaşdır", - deyə Kremlin sözçüsü əlavə edib.