Tehran öz ərazilərindən İslam Respublikasına qarşı potensial hücumlar üçün istifadə edilməsinə icazə verən ölkələrə cavab verəcək.
Gündəmtv.az axar.az-a istinadən bildirir ki, bu sözləri İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf səfər etdiyi Livanda "Əl-Mayadin" kanalına müsahibəsində deyib.
"Biz dəfələrlə bildirmişik ki, qonşu ölkələrin hava məkanı və ərazisi ölkəmizə hücum etmək üçün istifadə edilməməlidir. Üçüncü ölkənin ərazisindən İrana qarşı təcavüz etmək üçün istifadə edilərsə, bizim cavabımız aydın və təbii olacaq. Çünki biz İrana hücum edilən istənilən yerə qarşı cavab tədbirləri görəcəyik. Dəfələrlə bəyan etmişik ki, müharibənin genişlənməsini istəmirik, lakin şübhəsiz ki, ölkəmizə qarşı istənilən hücuma güclü və layiqli cavab verəcəyik", - Qalibaf bildirib.