“Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də “Wizz Air” (Macarıstan) və “British Airways” şirkətləri İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.
Gündəmtv.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının “12-ci kanal”ı məlumat yayıb.
Məlumata görə, bu günə planlaşdırılan uçuşlar İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib. Uçuşların nə vaxt bərpa ediləcəyi dəqiqləşdirilməyib.