Kolumbiyada yanacaq təchizatı problemi səbəbindən 69 uçuş ləğv edilib.
Gündəmtv.az xəbər verir ki, bəzi hava yolu şirkətləri yanacaq tədarükü problemi səbəbindən planlı uçuşları ləğv etmək qərarına gəlib.
Avianca aviaşirkəti yanacaq böhranı səbəbilə 4-ü beynəlxalq olmaqla 69 reysin ləğv edildiyini açıqlayıb. Bildirilib ki, problem həll olunmasa, Avianca sabah daha 108 reysi ləğv edə bilər.
Başqa bir hava yolu şirkəti Latam da eyni səbəbdən sabahdan etibarən 36 reysi ləğv edəcəyini açıqlayıb.
Avianca və Latam tərəfindən edilən açıqlamalarda müştərilərin tələblərinə uyğun olaraq 1 ilə qədər pulsuz bilet dəyişdirilməsi və ya tam geri qaytarılacağı bildirilib.
Yanacaq tədarükü problemi ilə bağlı nəqliyyat naziri Maria Kostanza Qarsiya X hesabında etdiyi paylaşımda uçuşların ləğvinin Kolumbiyanın Aviasiya Qaydalarına zidd olduğunu və prosesin araşdırılmasını əmr etdiyini bildirib.