Rusiya Silahlı Qüvvələrinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov irimiqyaslı dələduzluq işi üzrə həbs edilib.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə Rusiyanın 235-ci qarnizon hərbi məhkəməsindən məlumat verilib.
“Məhkəmənin 17 may tarixli qərarı ilə İvan İvanoviç Popov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə bildirilib.
General xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. O, hazırda istintaq təcridxanasındadır.