Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Gündəmtv.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Bəhmən Rza oğlu Babayev
polkovnik Əyyub Vəli oğlu Məmmədov
polkovnik Nəsib Tahir oğlu Mirzəyev