Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmi olaraq start verildi. Yeni Azərbaycan Partiyasının 42 saylı seçki dairəsindən deputatlığa namizəd olaraq, kampaniya müddətində seçicilərlə görüşlər keçirəcəyəm. Bu görüşlərdə partiyamızın platformasını və şəxsi fikirlərimi seçicilərə çatdıracaq, onların rəy və təkliflərini diqqətlə dinləyəcəyəm.
Xüsusilə, şəhid və qazi ailələrinin problemləri mənim üçün ən önəmli məsələlərdən biridir. Bu ailələr, Vətənimizin azadlığı və bütövlüyü uğrunda ən böyük qurbanları veriblər. Onların yaşadığı çətinlikləri və ehtiyaclarını dərindən anlamaq, bu ailələrin sosial rifahını yaxşılaşdırmaq üçün davamlı və səmərəli işlər görmək bizim mənəvi borcumuzdur. Seçki kampaniyası çərçivəsində şəhid və qazi ailələri ilə xüsusi görüşlər keçirərək, onların səsini dinləyəcək, problemlərinin həlli üçün bütün gücümüzlə çalışacağıq.
Bu ailələrin rifahı, Azərbaycanın sabahı üçün atılacaq hər addımda bizə yol göstərəcəkdir.
#YenidövrəyeniAzərbaycanla!