Bir neçə gündür “BakıKart” tətbiqində problem yaşanır. İstifadəçilərin bildirdiyinə görə, tətbiqə daxil olmaq mümkün olmadığı üçün, karta ödəniş edə bilmirlər.
Problemin səbəbi nədir?
Məsələ ilə bağlı “BakıKart”dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tətbiq texniki səbəblərdən dolayı işləmir:
“Problem 2-3 gün ərzində həll olunacaq”.
Sosial şəbəkələrdə “BakıKart”ın tamamilə “M10” tətbiqinə keçiriləcəyi üçün fəaliyyətini dayandırması ilə bağlı yayılan iddialara cavab olaraq isə qeyd olunub ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.