Müsavat Partiyasının üzvü, tanınmış vəkil Osman Kazımovun namizədliyi qeydə alınmayıb.
Gündəmtv.az xəbər verir ki, bu barədə o özü bildiribib.
Vəkil qeyd edib ki, adına olan torpaq sahəsini göstərməməsinə görə qeydə alınmayıb:
"84 saylı Dairə Seçki Komissiyası namizədliyimi qeydə almayıb. Bildirilib ki, əmlak gizlətmişəm, torpaq sahəsin arayışda qeyd etsəm də, sotu göstərməmişəm".
Qeyd edək ki, 84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın namizədi Namiq Məmmədovdur. Ötən seçkidə bu dairədən deputat seçilən iqtisadçı Vüqar Bayramov da yenidən buradan namizədliyini irəli sürüb.