“Yeyib sərinlənmək istədiyim dondurmanın üzərindəki əlavə "aksesuar" yəqin ki, siçan "kaka"sıdır”.
Gündəmtv.Az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O, aldığı dondurmanın fotosunu paylaşaraq bir sıra tövsiyələr verib:
“Ümumiyyətlə, yaydır deyə, hər gün dondurma yemək də doğru deyil. Təbiət bizə heç nəyi donmuş təklif etmir. Tez-tez buzlu su içmək, dondurma mədə divarı üçün mənfi təsir edir. Spazm yaranır, selikli qişada qan dövranı pozulur. Öd ifrazı pozulur çünki sfinkterdə də soyuğun təsirindən spazm (sıxılma) yaranır. Bu, mütəmadi davam etsə, nəticədə qastrit yaranar, öd durğunluğu şikayətləri - ürəkbulanma, ağızda pis dad hissi başlayar
Dondurma çox şəkərli məhsuldur. Buna görə uşaqların bütöv dondurma yeməsi heç doğru deyil”.
Həkim bildirib ki, nəinki dondurmalar, əksər paketlənmiş, butulkaya doldurulmuş məhsullar antisanitar şəraitdə hazırlanır:
“Bu hələ gözlə görünənidir. O qədər görünməyən mikroblar, qurd yumurtaları və s. var.
Bağırsaq çöpləri, stafilokoklar, proteylər qida zəhərlənməsinə, toksikoinfeksiyalara səbəb olur. Bu hallar sadəcə qusma-ishal ilə deyil, ölümlə belə nəticələnə bilir”.