Şəkər asılılığına işarə edən bir sıra simptomlar var.
Bu barədə endokrinoloq Kamilya Tabeeva “Gazeta.Ru”ya bildirib.
Həkim yeməkdən sonra şirin bir şey yemək istəyinin vacib əlamətlərdən olduğunu bildirib. O, özündə bunu müşahidə edən insanları ehtiyatlı olmağa çağırıb.
Mənfi emosiyalar və stress fonunda çoxlu miqdarda şirniyyat istehlak etmək də şəkər asılılığından xəbər verə bilər.
Endokrinoloq şəkərin beyində dofamin və opioidlərin ifrazını stimullaşdırdığını qeyd edib:
“Birincisi, asılılıq və bağlılıq hisslərinin formalaşmasından məsuldur, opioidlər isə nörotransmitterlərin istehsalına təsir göstərir. Hər ikisi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir və eyforiya hissi yaradır”.
O vurğulayıb ki, bundan əlavə, əsəbiliyin artması da çox vaxt şəkərdən asılılığa işarə edir./Medicina.az