Türkiyədə yaşayan azərbaycanlı gəncin hazırladığı 2 layihəyə ABŞ-ın "CERBERUS CAPİTAL MANAGEMENT" şirkəti tərəfindən 5 milyon yatırım edildiyi haqda məlumatlar yayılıb.
Gundemtv.az xəbər verir ki, iddialara görə, layihələrin idarə olunması və strategiya mütəxəssisi olan Şükürlü Kənan Azər oğlu 26 yaşında 2 layihə yaradıcısıdır.
Layihələri aşağıda qeyd edirik:
1."LADYLY women club" - 3000000 USD yatırım almışdır. Xanımlara xidmət göstərən layihədir.
2."BITCOIN miningcell" - 2000000 USD yatırım almışdır.
İddialara görə 90 gün içində Kənan Şükürlü Azər oğlu, Nyu York-a yola düşməli və layihələrin həyata keçirilməsinə başlamalıdır.
"CERBERUS CAPİTAL MANAGEMENT" 1992- ci ildə Steve Feinberg tərəfindən qurulmuş finans şirkətidir.
Qeyd edək ki, səslənən iddialarla bağlı Kənan Şükürlü ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirməyə çalışsaq da, hələlik bu, mümkün olmayıb .