• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür

Manşet / Siyasət

22-07-2024, 21:10



ABŞ Ermənistanı Cənubi Qafqazda forpostu, yeni koloniyası elan etməyə çalışır və bu istiqamətdə aktiv fəaliyyətə keçib. Bu dövlət bir tərəfdən regionda sülhün bərqərar olmasından dəm vurur, digər tərəfdən də Ermənistanı silahlandırır, hətta onunla birgə hərbi təlimlər keçirir.

Kəlbəcərdə baş vermiş son atışmanın arxasında da, şübhəsiz, ABŞ-nin Ermənistanı təhrik etməsi durur. Hər vəchlə bölgədə gərginlik yaradan, Yaxın Şərqi fəlakətə sürükləyən və qana bulayan ABŞ indi də Cənubi Qafqazda bu çirkin planını reallaşdırmağa çalışır. Ermənistanda "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri də bunun tərkib hissəsidir. Hərbi təlimlərin ssenarisi yalandan başqa cür təqdim edilsə də, bu, dağlıq ərazilərdə hücum və diversiya əməliyyatlarına hazırlıq məqsədi daşıyır. Yəni Ermənistan ordusu hazırlanır ki, Azərbaycan ilə həmsərhəd regionlarda bu kimi əməliyyatlar keçirilsin.

Təlimlərə gəldikdə, iyulun 24-ə qədər davam edəcək proses sayca ikincidir. Şübhəsiz ki, təlim adı altında bölgədə çirkin bir oyun oynanılır və növbəti dəfə Ermənistandan istifadə olunur. Ay­dındır ki, Vaşinqtonun Ermənistanla yaxınlaşmasının və bu ölkə ilə birgə hərbi təlim­lər keçirməsinin məqsədi İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Vaşinqton çalışır ki, Nikol Paşinyan hökuməti qısa müddət ərzində Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin. Paşinyan buna hazırdır, ancaq bu­nun qarşılığında Ağ Evdən təhlükəsizlik təminatı almaq istəyir. Vaşinqton Ermənistana bu təminatı verə bilmir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, son vaxtlar okeanın o tayından diplo­matların, missionerlərin İrəvana səfərləri bir-birini əvəzləyir. İyulun əvvəlində sena­tor Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti, onun ardınca USAID rəhbəri Saman­ta Pauer Ermənistanda olublar. Bir neçə gün bundan əvvəl isə ABŞ dövlət katibinin müavini Uzra Zeya İrəvanda görünüb. Rəsmi məlumata əsasən, İrəvanda hökumət rəsmiləri ilə görüşlərində "erməni-amerikan əməkdaşlığının gücləndirilməsi, Ermənista­nın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələ­rində nailiyyətlərinin təbliği" kimi məsələlə­ri müzakirə edib.

Baş nazir Nikol Paşinyan Uzra Zeya ilə görüşündə Bakı və İrəvan arasında sülh danışıqları prosesini müzakirə edib. "Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitli­yin təmin olunmasına töhfə verməkdə davam edəcək", - məlumatda deyilir.

Lakin keçirilən təlimlər sübut edir ki, əslində, heç də belə deyil. Onlar bu cür cümlələrlə gözdən pərdə asırlar. Əksi olsaydı, Ermənistanı növbəti müharibəyə hazırlamazdılar.

Ehtimallara gəldikdə, birincisi, Vaşinqton sülh danışıqlarında vasitəçilik statusunu itirib və bu səbəbdən də Ermənistanla münasibətləri daha da dərinləş­dirmək, ona təsirini artırmaqda israrlıdır. Bölgəyə səfərlərin intensivləşməsi, birgə təlimlər də bunun göstəricisidir.

İkincisi, Gürcüstanda planları pozulan ABŞ və Avropa İttifaqı Cənub Qafqazda özlərinin dayağı kimi Ermənis­tana "stavka" edirlər. Hesab etmək olar ki, bu, ən optimal versiyadır.

Üçüncüsü, Ermənistana dəstək ABŞ-də keçiriləcək seçki ilə də bağlı ola bilər. Yəni erməni lobbisinin dəstəyini və maliyyəsini qazanmaq üçün hərəkətə keçilib. Hazırkı Prezident Cozef Bayden namizədliyini geri çəkdikdən sonra vəziyyət bir qədər mürəkkəbləşib. Respublikaçı namizəd Donald Tramp ən şanslı namizədə çevrilib və demokrat namizədin şansı azalıb. Belə bir durumda isə hazırkı demokrat rəhbərlik Ermənistanla bağlı müəyyən addımlar atır.

Maraqlısı budur ki, İran və Rusiya ABŞ-Ermənistan təlimlərinə reaksiya vermir, sadəcə, bəyanatlar verməklə işini məhdudlaşdırır. Hər ikisi keçirilən birgə hərbi təlimlərə susurlar. Eləcə də, Türkiyə də ciddi şəkildə narahat olmalıdır. ABŞ Suriya və İraqda yerləşən YPQ/PKK terrorçularına hər cür dəstək göstərərək onlardan Türkiyəyə qarşı istifadə etdiyi kimi, Ermənistandan da rəsmi Ankaraya qarşı istifadə edəcək. Bununla bağlı tarixi presedentlər də var. Məsələn, erməni daşnakların silahlandırılması və təlimlərinin Osmanlıya qarşı istifadə olunmasını yada salaq. Görünən də odur ki, ABŞ bu oyunu yenidən oynayır.

Birləşmiş Ştatlar administrasiyası anlamalıdır ki, onun Cənubi Qafqazda­kı maraqları bölgənin əsas dövləti sayılan Azərbaycanla əməkdaşlığın gücləndirilmə­sini diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi Ağ evin maraq­larına cavab verir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də ABŞ üçün əhəmiyyətlidir.

ABŞ Ermənistanla birgə hərbi təlimlərə, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə son verməlidir. Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət bu cür ziddiyyətli addımlar atmamalıdır.

Öz növbəsində, Ermənistan da anlamalıdır ki, bu proseslərdən məğlub çıxan yenə o olacaq. Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki, ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu növbəti gərginliyə sürükləyir.

"Report" İnformasiya Agentliyi

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

19-07-2024, 10:12

İcma Fransadan Ermənistanı silahlandırmanı və digər pozucu əməlləri dayandırmağı tələb edir

Manşet / Siyasət

15-05-2024, 09:45

Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin

Manşet / Siyasət

14-05-2024, 17:30

Prezidentin verdiyi mesajlar: Vaxtı çatıb, bunlar ləğv olunmalıdır

Siyasət

10-05-2024, 12:39

İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR

Manşet

6-05-2024, 18:59

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir – VİDEO

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 00:13
    Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın ərazisindəki istifadə olunmayan anbarda baş verib
  • Bu gün, 00:03
    "Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-3 -VİDEO
  • Dünən, 16:51
    Ramin Məmmədov Berlindəki “Şəhidlik” məscidində olub
  • Dünən, 16:04
    Azərbaycan səfiri Parisdə İkinci dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib
  • Dünən, 15:24
    İranın ali lideri ABŞ-ni hədələyib
  • Dünən, 14:40
    Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələrini müzakirə edib
  • Dünən, 14:20
    İranın ali lideri İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib - YENİLƏNİB
  • Dünən, 13:31
    Yaponiyalı diplomat, rusiyalı və qazaxıstanlı tələbələr İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar
  • Dünən, 13:20
    Polkovnik-leytenant: Xankəndidən vaxtilə dövlətimizi təhdid edənlər bu gün məhkəmə qarşısında cavab verirlər
  • Dünən, 13:02
    Türkiyəli ekspert: Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq
  • Dünən, 13:00
    Bərdədə iki qadın qidadan zəhərlənib
  • Dünən, 12:52
    Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb
  • Dünən, 12:44
    Ramin Məmmədov Almaniyanın Dini Azadlıq üzrə komissarı ilə görüşüb
  • Dünən, 12:30
    “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi layihəsi iyulun 1-də parlamentdə müzakirə ediləcək
  • Dünən, 12:20
    Nazir: “Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir” - YENİLƏNİB
  • Dünən, 12:16
    Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
  • Dünən, 12:11
    Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
  • Dünən, 11:35
    Azərbaycan lideri Pezeşkianı İsraillə qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib
  • Dünən, 11:30
    İlham Əliyev iranlı həmkarı ilə danışıb, regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını ifadə edib
  • Dünən, 11:15
    Gəncədə hərbi yürüş keçirilib - YENİLƏNİB
  • Dünən, 10:46
    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB
  • Dünən, 10:30
    Latviya Seyminin azərbaycanlı deputatı: Azərbaycanla bağlı əhəmiyyətli plan və layihələrimiz var
  • Dünən, 10:03
    Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
  • Dünən, 10:00
    İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusu - 107 yaşlı qürur mənbəyimiz - ŞƏRH
  • Dünən, 09:47
    İyunun sosial yardımları bu gün ödənilib
  • Dünən, 09:00
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Dünən, 06:00
    Araşdırma: Veyplər siqaretlərdən daha təhlükəlidir
  • Dünən, 01:00
    Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
  • Dünən, 00:30
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • Dünən, 00:00
    Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 25-06-2025, 20:10
    İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib
  • 25-06-2025, 12:44
    Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planı təsdiqlənib
  • 25-06-2025, 12:25
    “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub
  • 25-06-2025, 12:21
    İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
  • 25-06-2025, 12:02
    Ramin Məmmədov Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə