• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

IATA: Azərbaycanın hava məkanı son dərəcə önəmli tranzit dəhlizinə çevrilib - MÜSAHİBƏ

Manşet / Siyasət

2-07-2025, 12:14


Avropa və Asiya arasında tranzit potensialının sürətlə artdığı bir şəraitdə Azərbaycan Avrasiyanın əsas aviasiya qovşaqlarından birinə çevrilir. Marşrut şəbəkələrinin genişləndirilməsi, hava limanlarının modernləşdirilməsi və dayanıqlı infrastruktura investisiya qoyuluşu ölkəni mülki aviasiya sahəsində yeni inkişaf trayektoriyasına çıxarır. Beynəlxalq təşkilatlarla, o cümlədən təhlükəsizlik, rəqəmsallaşma və "yaşıl keçid" təşəbbüslərini fəal şəkildə dəstəkləyən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə sıx əməkdaşlıq bu prosesin ayrılmaz elementidir.

IATA-nın Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman “Report”a müsahibəsində Azərbaycanın aviasiya sektorunun cari vəziyyəti, çağırışlar və strateji perspektivlər barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- IATA ilə Azərbaycan arasında mövcud əməkdaşlığı necə qiymətləndirirsiniz? Hansı istiqamətlər daha fəal inkişaf edir?

- IATA ilə Azərbaycan arasında uzun illərə söykənən son dərəcə konstruktiv əməkdaşlıq mövcuddur. Bu illər ərzində biz aviasiyanın təhlükəsizlik, səmərəlilik və dayanıqlılıq səviyyəsinin artırılmasına qarşılıqlı sadiqliyə əsaslanan möhkəm tərəfdaşlıq qurmuşuq. IATA Azərbaycanın aviasiya sənayesinin əsas iştirakçıları, o cümlədən "Azərbaycan Hava Yolları" QSC (AZAL), Dövlət Mülki Aviasiya Agentliyi və aeronaviqasiya xidmətləri təminatçısı ilə ölkənin aviasiya sahəsində strateji məqsədlərini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edir.

Dəstək göstərdiyimiz əsas istiqamətlərdən biri təhlükəsizlik və istismar fəaliyyətidir. IATA-nın sənayedə təhlükəsizlik səviyyəsini artırmağa yönəlmiş bir sıra proqramları var. Aviaşirkətlərin İstismar Təhlükəsizliyinin Auditi (IOSA) və Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditi (ISAGO) təhlükəsizliyin artırılması istiqamətində əsas təşəbbüslərdir. Aviaşirkət IOSA-dan keçmədən IATA-nın üzvü ola bilməz və bir çox digər aviaşirkətlər, hətta üzv olmayan aviaşirkətlər belə bütün dünyada aviasiya nəzarət orqanları tərəfindən tanınan bu sertifikatı əldə etməyə çalışır. IOSA sertifikatının yenilənməsində AZAL-a kömək etdiyimizə görə şadıq.


- IATA Azərbaycanda aviasiya sənayesinin dayanıqlı inkişafı və modernləşdirilməsi baxımından hansı əsas təşəbbüsləri dəstəkləyir?

- Karbon emissiyalarının azaldılmasının zəruri olduğu bir dünyada aviasiyanın dayanıqlı inkişafı son dərəcə önəmlidir. Aviasiya 2050-ci ilə qədər sıfır karbon emissiyası hədəfini könüllü olaraq müəyyən edən ilk qlobal biznes sektorudur və bu hədəf Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) çərçivəsində dövlətlər tərəfindən dəstəklənib. Lakin sıfır emissiyaya nail olmaq olduqca çətin bir tapşırıq olacaq.

Əsas element Dayanıqlı Aviasiya Yanacağının (SAF) istehsalının genişləndirilməsidir ki, nəticə etibarilə bu, adi reaktiv yanacaqla müqayisədə karbon emissiyalarını 80 %-ə qədər azalda bilər. Əhəmiyyətli enerji potensialı sayəsində Azərbaycan növbəti illərdə bütün dünyada tələbatın getdikcə daha da çox olacağı SAF istehsalını təşkil etmək üçün çox yaxşı imkana malikdir. IATA-nın yanacaq və dayanıqlı inkişaf komandaları dövlətlərə bu sahənin inkişafı üçün siyasət formalaşdırmağa kömək edir.

Modernləşdirmə proqramına gəlincə, IATA Azərbaycanın aviasiya orqanlarını infrastrukturun inkişafı, normativ bazanın harmonizasiyası, ekologiya, dayanıqlılıq və rəqəmsal transformasiya kimi sahələrdə dəstəkləyə bilər.

- Azərbaycanın aviasiya sektorunun ümumi vəziyyətini - xüsusilə uçuş təhlükəsizliyi, xidmət keyfiyyəti və infrastruktur nöqteyi-nəzərindən necə qiymətləndirərdiniz?

- Azərbaycanın aviasiya sektoru son illərdə, xüsusilə uçuş təhlükəsizliyi, xidmət keyfiyyəti və infrastrukturun inkişafı sahəsində böyük uğurlar əldə edib. Ölkə ICAO-nun təhlükəsizlik standartlarına riayət edir və Dövlət Mülki Aviasiya Agentliyi nəzarəti və risklərin idarə edilməsini gücləndirmək məqsədilə 2024-2026-cı illər üçün Uçuşların Təhlükəsizliyinə dair Milli Plan tətbiq edib. Azərbaycanın hava məkanı həmçinin Avropa-Asiya aviareysləri üçün həyati əhəmiyyət kəsb edən tranzit dəhlizinə çevrilib ki, bu da onun strateji əhəmiyyətini vurğulayır.

İnfrastruktura gəlincə, Azərbaycan hava limanlarının modernləşdirilməsinə, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanının genişləndirilməsi və azad edilmiş ərazilərdə yeni beynəlxalq hava limanlarının tikintisinə böyük vəsait yatırıb. Bu səylər ölkənin regional aviasiya qovşağı kimi rolunun gücləndirilməsinə, həmçinin turizmin və iqtisadi artımın dəstəklənməsinə yönəlib.

- Sizcə, Azərbaycanın milli daşıyıcısı olan AZAL regional və qlobal səviyyələrdə nə dərəcədə rəqabətqabiliyyətlidir?


- AZAL son illərdə inkişaf və rəqabətqabiliyyətinin artırılması üzrə yeni mərhələyə strateji cəhətdən hazırlaşaraq nəzərəçarpan transformasiya yolu keçib. Şirkət donanmanın modernləşdirilməsinə, marşrut şəbəkəsinin optimallaşdırılmasına və qabaqcıl texnologiyaların tətbiqinə böyük sərmayə qoyub - bunlar beynəlxalq arenada daha çevik və rəqabətqabiliyyətli oyunçu olmaq üçün kritik əhəmiyyətli addımlardır.

Əsas mərhələlərdən biri NDC (New Distribution Capability) təşəbbüsünün həyata keçirilməsi olub. Bu, AZAL-a müştərilərə aviadaşımalar sahəsində müasir tendensiyalara və müştəri təcrübəsinin yaxşılaşdırılmasına uyğun daha fərdiləşdirilmiş və dinamik məzmun təklif etməyə imkan verir. Marşrut şəbəkəsinin yenidən qurulması da aviaşirkətin regional mövcudluğunu gücləndirərək gələcəkdə beynəlxalq genişlənmə üçün baza yaradır. Bu səylər əməliyyat mükəmməlliyinə və dayanıqlı inkişafa sadiqliklə birlikdə AZAL-ın öz regional kökləri xaricinə çıxmaq və nüfuzlu qlobal aviasiya oyunçusuna çevrilmək istəyini nümayiş etdirir.

- Azərbaycanın nəqliyyat qovşağı kimi artan rolunu nəzərə alaraq, hava limanı infrastrukturunun inkişafı üçün hansı çağırışları və imkanları görürsünüz?

- Aviasiya sahəsində çox yaxşı potensiala malik olan Azərbaycan həm də müəyyən çağırışlarla üz-üzədir. Bunlardan ən vacibi hava limanlarının buraxılış qabiliyyətidir: Heydər Əliyev hava limanının tezliklə tam rejimdə fəaliyyətə başlayacağı gözlənilir. Hazırda onun inkişafı ilə bağlı master-plan hazırlanır ki, bu da mövcud obyektlərin beynəlxalq standartlara uyğun olaraq səmərəli şəkildə genişləndirilməsi və modernləşdirilməsi proqramının qəbul edilməsi ilə nəticələnməlidir. Hava hərəkətinin idarə edilməsi sistemi də modernləşdirilməlidir.

Digər tərəfdən, böyük imkanlar da var. İlk növbədə, bu, Azərbaycanın Avropanı və Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyidir. Bu, ölkəni, xüsusilə yük daşımaları üçün əsas tranzit qovşağına çevirir. Bu rol bu yaxınlarda 1,5 milyon ton buraxılış qabiliyyətinə malik yük terminalının tikintisi ilə təsdiqlənir. Həmçinin “Silk Way” qrupu Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisinə investisiya yatırdığını elan edib.

- Hazırda Azərbaycanın aviasiya bazarına təsir göstərən əsas daxili və xarici risklər hansılardır?

- Azərbaycan geosiyasi cəhətdən qeyri-sabitliyin hökm sürdüyü, sektor üçün həm risk, həm də imkanlar təqdim edir bir sıra regionlarla həmsərhəddir. Rusiyanın hava məkanından istifadənin məhdudlaşdırılması axınların Azərbaycan hava məkanı vasitəsilə yenidən istiqamətləndirilməsinə səbəb olub ki, bu da “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə (AZANS) əlavə gəlir gətirir. Eyni zamanda, AZAL əsas bazarı olan Rusiyada 13 marşrutdan 9-na çıxışını itirib. Buna baxmayaraq, aviaşirkət yüksək dayanıqlılıq və uyğunlaşma qabiliyyəti nümayiş etdirərək marşrut şəbəkəsini yenidən istiqamətləndirir və yeni imkanlar tapır.

- İqlim və ekoloji çağırışlar ölkənin aviasiya strategiyasına təsir edirmi? Sənaye "yaşıl keçid"in tələblərinə nə dərəcədə yaxşı uyğunlaşdırılıb?

- "Azərbaycan Hava Yolları"nın Avropaya aviayesləri Aİ-nin yeni ReFuelEU Aviation reqlamentinə əhəmiyyətli dərəcədə uyğunlaşdırılacaq. Bu reqlament Aİ-nin hava limanlarında SAF-ın istifadə payının tədricən artırılmasını nəzərdə tutur. Məqsəd ənənəvi yanacağa SAF-ın icbari qaydada əlavə edilməsi hesabına emissiyaların azaldılmasıdır və 2050-ci ilə qədər SAF ümumi həcmin 70 %-ə qədərini təşkil etməlidir.


AZAL-ın SAF-a investisiya qoymağa başlamasına və RefuelEU təşəbbüsünə qoşulmasına baxmayaraq, bu qaydalara riayət edilməsinin Avropa hava limanlarında təchizat məhdudiyyətləri və yanacağın bahalaşması da daxil olmaqla əməliyyat problemlərinin yaranmasına səbəb olacaq. Həmçinin aviaşirkətlərin Aİ-də fəaliyyət üçün ekoloji hesabatlılıq tələblərinə uyğunluq üçün dayanıqlılıq sahəsində sertifikatlaşdırılması lazım gələcək.

SAF təchizatçıları ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və yanacaq alışı ilə bağlı strategiyaların optimallaşdırılması "Azərbaycan Hava Yolları" üçün iqtisadi səmərəliliyi qorumaq və Aİ-nin dayanıqlı inkişaf standartlarına uyğun olmaq baxımından həlledici əhəmiyyət kəsb edəcək.

- Sizcə, Bakıda keçirilmiş Aviation Energy Forum (AEF) aviasiyanın dayanıqlı inkişafı üzrə beynəlxalq dialoq kontekstində hansı rola malik olub?

- AEF Forumu aviasiyada cari və gələcək enerji çağırışlarını müzakirə etmək üçün aviaşirkətlər və yanacaq təchizatçıları sırasından ekspertləri bir araya gətirir. Forum çərçivəsində təchizatın dayanıqlılığı və səmərəlilik də daxil olmaqla ən vacib mövzular müzakirə olunur. SAF gündəlikdə mühüm yer tutmaqla bu istiqamətin imkanları və çağırışlarını daha geniş dərk etməyə kömək edir ki, bu da bütün sənayenin dayanıqlı inkişafı üçün zəruridir.

Bütövıükdə, AEF forumu çox uğurla keçdi və biz Bakıda olmaqdan məmnun olduq.

- Forumda səsləndirilən hansı əsas mövzular və həllər Azərbaycanın və bütövlükdə regionun aviasiya sənayesi üçün praktiki əhəmiyyət kəsb edə bilər?

- Biz mövcud olan yerli normativ və kommersiya maneələrinə baxmayaraq, Azərbaycanın SAF-ı təşviq etmək istəyini görür və dəstəkləyirik. CORSIA və ReFuelEU Aviation kimi beynəlxalq tənzimləmələr forumda vacib mövzular oldu. Lakin ölkədə SAF standartının tətbiqi üçün normativ dəyişikliklərin zəruriliyinə həsr olunmuş blok Azərbaycan üçün xüsusilə əhəmiyyət kəsb etdi.

SAF-ın bazara çıxmasını sürətləndirmək üçün Azərbaycan hazırda tətbiq olunan QOST standartlarına əlavə və ya alternativ kimi ASTM beynəlxalq standartlarını qəbul edə bilərdi.

- Azərbaycanın bu cür beynəlxalq və regional platformalarda iştirakı nə dərəcədə vacibdir? Azərbaycan tərəfindən hansı siqnalları əhəmiyyətli hesab edirsiniz?

- Enerji istehsal və ixrac edən ölkə olaraq, Azərbaycan hava daşımalarının dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynamaq üçün unikal imkana malikdir. Beynəlxalq və regional forumlarda iştirak ölkəyə öz mövqeyini bildirməyə və aviasiya yanacağının gələcəyinin formalaşmasında fəal iştirak etməyə imkan verir. Azərbaycanın iqlim gündəliyini dəstəkləmək niyyəti sənaye üçün müsbət siqnaldır.

- Azərbaycanın Avropa və Asiya arasında tranzit aviasiya platforması kimi rolunu gücləndirmək üçün hansı addımlar atılmalıdır?

- Milli səviyyədə aviasiyanın rəqabətqabiliyyətli olması bir çox amillərdən asılıdır. Ümumiyyətlə, aviaşirkətlər o halda inkişaf edə bilər ki, onların fəaliyyəti tənzimlənsin və vergiyə cəlb olunsun. Bu, həm də ən yaxşı nəticələrə nail olmaq üçün aşağı tariflərin saxlanılması və səmərəli investisiya qoyuluşunun vacibliyini dərk edən infrastruktur üzrə tərəfdaşlarla əməkdaşlıq çərçivəsində də mümkündür. Son illərdə aviasiya sektorunun uğurla inkişaf etdiyi bir çox ölkələrdə müşahidə etdiyimiz bu yanaşma aviasiya əlaqəsinin inkişafından fayda əldə edəcək hökumətlər və sənaye üçün əlverişlidir.

Həmçinin normativ bazanın modernləşdirilməsi, o cümlədən milli qanunvericiliyin beynəlxalq standartlara, xüsusilə Aİ və ICAO-nun tələblərinə uyğunlaşdırılması son dərəcə vacibdir.

Xüsusilə Avropa ölkələri ilə hava əlaqəsi haqqında ikitərəfli və çoxtərəfli sazişlərin genişləndirilməsi də eyni dərəcədə əhəmiyyət kəsb edir. Bu sazişlər marşrutların inkişafı və bazara çıxış üçün əsasdır.

Milli aviasiya biznesinə ən çox aviasiyanın potensialını başa düşən və sektorun dayanıqlı inkişafını dəstəkləyən hökumət lazımdır. Hava əlaqəsini inkişaf etdirən Azərbaycan görünür, öz yardımçı rolunun vacibliyini dərk edir. Əgər belə davam edərsə, aviasiyanın təhlükəsizlik və keyfiyyət səviyyəsi artacaq.

- IATA Azərbaycanın aviasiya sektorunda rəqəmsallaşma və enerji səmərəliliyinin təşviqinə necə kömək edə bilər?

- Rəqəmsallaşmaya gəlincə, IATA-nın bir sıra təşəbbüsləri var. Ən perspektivli təşəbbüslərdən biri biometrik məlumatların tətbiqi ilə sərnişinlərə təmassız və fasiləsiz xidmət göstərilməsini təmin edən "One ID" konsepsiyasının həyata keçirilməsidir. Bu, həm sərnişinlər üçün rahatlığı, həm də əməliyyatların təhlükəsizliyi və səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Digər əsas imkan "Modern Airline Retailing"in (NDC əsasında) tətbiqidir ki, bu da aviaşirkətlərə daha müştəriyönümlü və dinamik satış modelinə keçməyə imkan verir. Bu yeniliklərin qəbul edilməsi Azərbaycanın aviadaşıyıcılarına yeni gəlir mənbələri açmağa və sərnişinlərə fərdiləşdirilmiş xidmətlər təklif etməyə kömək edəcək.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

28-05-2025, 14:17

İİTKM-nin şöbə müdiri: "Laçın Beynəlxalq Hava Limanının strateji önəmi var"

Manşet / Siyasət / Qarabağ

28-05-2025, 11:30

Laçın Beynəlxalq Hava Limanının açılışı olub - YENİLƏNİB

Manşet / Siyasət

21-05-2025, 12:46

İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib

Manşet / Siyasət

12-05-2025, 13:22

Azərbaycan və Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında davamlı monitorinqə dair Anlaşma Memorandumu təsdiq ediləcək

Manşet / Siyasət

14-04-2025, 12:50

Azərbaycanda aviasiya personalına sənədlərin verilməsi qaydaları təsdiqlənib

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • Dünən, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • Dünən, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • Dünən, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • Dünən, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • Dünən, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
  • 4-07-2025, 12:02
    Tacikistan Prezidenti Xankəndiyə gəlib - YENİLƏNİB-2
  • 4-07-2025, 11:54
    “İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır
  • 4-07-2025, 11:47
    Azərbaycan millisinin baş məşqçisi: "Ermənistan üzərində qələbə çox gözəl oldu"
  • 4-07-2025, 11:44
    Pakistanın Baş naziri Xankəndiyə gəlib
  • 4-07-2025, 11:37
    Paşinyan: Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək
  • 4-07-2025, 11:31
    MM Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib
  • 4-07-2025, 11:06
    Azərbaycan Prezidenti: Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk
  • 4-07-2025, 11:04
    Ceyhun Bayramov Xankəndidə BMT rəsmisi ilə görüşüb
  • 4-07-2025, 11:03
    İlham Əliyev: Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var
  • 4-07-2025, 11:01
    Prezident İlham Əliyev Donald Trampı təbrik edib
  • 4-07-2025, 10:52
    Azərbaycan və Türkmənistan XİN başçıları qarşılıqlı ticarət həcminin artırılmasını müzakirə ediblər
  • 4-07-2025, 10:50
    Ceyhun Bayramov: Azərbaycan BƏƏ-nin azad edilmiş ərazilərdə mina təmizləmə işlərinə dəstəyini yüksək qiymətləndirir
  • 4-07-2025, 10:35
    Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin hərtərəfli yoxlanması ilə bağlı baş prokurora müraciət edilib
  • 4-07-2025, 10:27
    Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib
  • 4-07-2025, 10:24
    Bakı və Daşkəndin gələcək nəqliyyat infrastrukturu əməkdaşlıq üçün əlavə platforma yaradacaq - RƏY
  • 4-07-2025, 10:16
    İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə